Əsas Səhifə > Ölkə, Manşet > "Xəzəriaşə"nin də öz AKULA AKİFİ VAR...
"Xəzəriaşə"nin də öz AKULA AKİFİ VAR...6-02-2023, 09:39 |
DİA.AZ: - Keçən günlərdə tanınmış insan hüquqları müdafiəçisi, “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı növbəti dəfə Neft Daşlarında çalışan işçilərə istinadla ilginc bir faktı açıqlamışdı. DİA.AZ bildirir ki, hər halda, gərəkən qurumların bu faktı diqqətə alması ortaya çox ciddi mətləbləri çıxara bilər. Söhbət burada təbii ki, dövlətə aid imkanların şəxsi məqsədlər üçün istifadəsi və digər qanun pozuntularından gedir. Daha ətraflı aşağıdakı yazıda: Dövlətin gəmisi hansı məmurun ŞƏXSİ MİNİYİDİR? - NARAZILIQ VAR! Qeyd edək ki, bu məlumatın ardından hüquq müdafiəçisi M.Qəhrəmanlı dövlətin gəmisini şəxsi miniyən çevirən və öz biznes maraqları naminə istifadə edən "Xəzəriaşə"nin Akif adlı işçisinin digər dövlət imkanından necə yararlandığını da açıqlayıb. Bu fotoları paylaşan M.Qəhrəmanlı yazır: "Dedilər ki,Neft Daşlarındakı bu gözləmə zalından "Xəzəriaşə"nin içisi Akif anbar kimi istifadə edir... Babalı deyənin boynuna..." İddia olunanlarla bağlı diaaz.space olaraq qarrşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |