Əsas Səhifə > Ölkə, Manşet > Sahil Babayev bu idarəetmə ilə nəyə nail olmaq istəyir?

Sahil Babayev bu idarəetmə ilə nəyə nail olmaq istəyir?


26-09-2022, 11:00
Sahil Babayev bu idarəetmə ilə nəyə nail olmaq istəyir?
DİA.AZ: - "Ağdamın iki ildir işğaldan azad edilmiş Seyidli kəndindən məcburi köçkün, 2-ci dərəcəli əlil , Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq massivi, 86b saylı evdə məskunlaşan İbrahimov Əfqan Elçin oğluna iki yetkinlik yaşına çatmayan oğlu ilə birlikdə bu ilin aprelinə kimi ünvanlı sosial yardım ayrılıb. Aprelin 6-da sənədlərini yenidən ƏƏSMN -ə göndərən ailə başçısına uzun müddət cavab verilməyib". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Çox sorğu-sualdan sonra nazirliyin 142 çağrı mərkəzindən bildirilib ki, bəs əməkdaşlar evə baxış keçirən zaman əlil məcburi köçkün evdə olmayıb və valideynləri ayrılmış uşaqlar anaları ilə evdə görüşəndə “cinayət başında” yaxalanıblar. “Cinayət işi”nə Dövlət Təhlükəsizliyi Xidmətindən belə qarışıb. Axı ayrılmış ata – ananın uşaqları ilə, lap elə bir – biri ilə görüşməsi ünvanlı sosial yardım verilməsindən imtinaya əsas ola bilməz. Ata ilə ana rəsmi sənədlə məhkəmə qaydasında ayrılıblar və uşaqlar məhkəmə qərarı ilə atalarının öhdəsində qalıb. Bu sənədi də ərizəsinə hər dəfə əlavə edən üç nəfərlik əlil-məcburi köçkün ailəsinin ailə tərkibi haqqında düzgün məlumat vermədiyi bəhanəsilə dövlətin sosial yardım siyasətindən məhrum edilməsi hansı məntiqə sığır? Hansı məlumat düzgün deyil? Məcburi köçkün yazmalı idi ki, sənədlə ayrıldığı həyat yoldaşı uşaqları ilə bir evdə yaşayır?
Dövlət Təhlükəsizliyi Xidmətindən ƏƏSMN tabeliyində DSMF-ə daxil olan 04.08.2022 tarixli müraciətə cavab olaraq 29.08.2022 tarixli məktubla DSMF-in sosial ödənişlər departamentinin müdiri Rasim Səfərov bildirib ki, ərizədə ailə tərkibiniz haqqında düzgün məlumat verilmədiyindən avtomatik imtina cavabı verilib. Filmdə deyildiyi kimi, yenə eyni dalğa, eyni koordinat! Ailə tərkibi haqqında məlumatda nə düzgün deyil axı? Departament müdiri bunu açıqlamasa da, “uyğunsuzluğu aradan qaldırıb, yenidən müraciət etməyi” məsləhət görüb.
31.08.2022-ci ildə yenidən xərc-xəcalət çəkib ƏƏSMN -ə müraciət edən əlil-məcburi köçkün ağır durumda xəstə yatanda- 14.09.2022-ci ildə iki nəfər xanım əməkdaş evə təşrif buyurub və daha ağır “cinayət”ə şahid olublar. Ana öz evində uşaqları ilə birlikdə tutulub, hələ üstəlik ata da yataqda xəstə! (?) Təbii ki, bu “cinayət” ünvanlı sosial yardım verilməsindən imtinaya səbəb olub!
İndi əlil-məcburi köçkün ata sosial yardım təyinatçılarını necə başa salsın ki, özü həmin evdə məcburi köçkün kimi məskunlaşıb. Ailə arasında mülk davası, pay bölgüsü olmayıb, ola da bilməz. Axı məcburi köçkünə məskunlaşdığı evdən pay düşmür. Onun payı, mülkü viran qoyulmuş Ağdamda, Seyidli kəndindədir. Uşaqlar da eləcə Ağdamdan məcburi köçkündürlər. Ünvanlı sosial yardım təyinatçılarının məntiqi isə deyir ki, uşaqlarını da götür, məskunlaşdığın evdən qovul, balalarını , özünü sənə sığınacaq verən ana ilə düşmən elə , sonra ünvanlı sosial yardım al!
Bu ünvanlı sosial yardım siyasətidir, yoxsa düşmənçilik siyasəti?"
Məsələ ilə bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt