Əsas Səhifə > Ölkə, Manşet > "Halal nemət"in əcaib REAKSİYASI: Dəlil ortada yoxdursa, problem də yoxdur...

"Halal nemət"in əcaib REAKSİYASI: Dəlil ortada yoxdursa, problem də yoxdur...


23-08-2021, 09:23
"Halal nemət"in əcaib REAKSİYASI: Dəlil ortada yoxdursa, problem də yoxdur...
DİA.AZ: - "Dünən "Halal nemət"in manqal üstü kolbasasın aldım, tarixi yeni idi və kəsilməmişdi bütöv halda. Gətirib evdə çörəyin arasında 1-2 dilim doğrayıb yedim. Daha sonra kolbasanın iyləndiyini gördüm, çörəyin arasında hiss etməmişəm amma əməlli-başlı iylənirdi tez qaytardım ayran falan içdim özümə gəldim çox pis iyrəndim kolbasanı da götürüb getdim aldığım marketə". DİA.AZ bildirir ki, bu barədə Nahid İsmayıl adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" qrupunda paylaşımında qeyd edib.

"Halal nemət"in əcaib REAKSİYASI: Dəlil ortada yoxdursa, problem də yoxdur...

Daha sonra narazı vətəndaş yazır: "Mənə soyuducularının düzgün işlədiyini, 1 gün əvvəl məhsulun gəldiyini və problemlə bağlı Halal Nemət-lə əlaqə saxladılar. Telefonda 1 nəfər mənimlə danışdı və əməkdaşların tez ora gələcəyini və bu barədə heç kəsə şikayət etməməyim haqqında xahiş etdi, üstəlik marketdə 2 saat məni gözlətdilər və nəhayət ki, bir nəfər şirkət adından gəldi özüdə problemin istehsalatdan qaynaqlandığını dedi. Kolbasanı götürdü, mənə laboratoriyada bunun araşdırılacığını dedi və getdi. Daha sonra həmin nömrə ilə əlaqə saxladım başqa bir adam telefonu götürdü arsız-arsız kolbasada heç bir problemin olmadığını və "hara istəyirsən şikayət elə" dedi. Halbuki, özləri etiraf etmişdilər ki problem özlərindən qaynaqlıdır".

"Halal nemət"in əcaib REAKSİYASI: Dəlil ortada yoxdursa, problem də yoxdur...

İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Geri qayıt