Əsas Səhifə > Ölkə, Manşet > Heybət İmanovun Konstitusiyadan üstün olmasının şok səbəbi
Heybət İmanovun Konstitusiyadan üstün olmasının şok səbəbi13-11-2020, 12:42 |
DİA.AZ: - "Ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan Qanunun – Konstitusiyanın 38-ci maddəsinə görə, HƏR KƏSİN SOSİAL TƏMİNAT HÜQUQU VARDIR; HƏR KƏS QANUNLA MÜƏYYƏN EDİLMİŞ YAŞ HƏDDİNƏ ÇATDIQDA, XƏSTƏLİYİNƏ , ƏLİLLİYİNƏ, AİLƏ BAŞÇISINI İTİRDİYİNƏ, ƏMƏK QABİLİYYƏTİNİ İTİRDİYİNƏ , İŞSİZLİYƏ GÖRƏ və QANUNLA NƏZƏRDƏ TUTULMUŞ DİGƏR HALLARDA SOSİAL TƏMİNAT HÜQUQUNA MALİKDİR. Ana Qanunun 129-cu maddəsinə görə, MƏHKƏMƏ QƏRARLARININ İCRASI MƏCBURİDİR , MƏHKƏMƏ QƏRARLARININ İCRA OLUNMAMASI QANUNLA MÜƏYYƏN EDİLMİŞ MƏSULİYYƏTƏ SƏBƏB OLUR". Bu barədə DİA.AZ-a göndərilən məaqlədə deyilir. Məqalədə daha sonra bildirilir: "Əhalinin sosial təminatına cavabdeh olan dövlət qurumunun – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) isə nə sosial qanunvericilikdən xəbəri var, nə də Konstitusiyadan. ƏƏSMN -də ən yüksək hüquqi qüvvəyə malik olan qanun KONSTİTUSİYA yox, KORRUPSİYA sayılır. Bu qənaətə gəlməyimizə başımıza gələnlər səbəb olub. 3-cü aydır güzəştli şərtlərlə pensiyaçılar Nəzərov Yaşar Əliş oğlunun və Səmədov Tofiq Yolçu oğlunun 4 il qabaq məhkəmə qərarları ilə təsbit edilən pensiyaları köçürülmür. 65 yaşlı Yaşar Nəzərova zəng edib pensiyasının ƏƏSMN -in audit şöbəsinin müdiri Heybət İmanovun göstərişi ilə kəsildiyini deyiblər. 2-ci aydır Cəbrayılın Hovuslu kəndindən “məcburi köçkün” statusunu “itirən” 62 yaşlı Tofiq Səmədov isə heç bir xəbərdarlıq edilmədən statusunu itirdiyi 2-ci aydır ki, pensiyasını da “itirib” . Hələ də nə Milli Məclis, nə Ombudsman, nə Hesablama Palatası, nə Konstitusiya Məhkəməsinin məhkəmə qərarlarının icrasına nəzarət sektoru,nə Ali Məhkəmə, nə Bakı İnzibati Məhkəməsi , nə Məhkəmə Hüquq Şurası, nə Ədliyyə Nazirliyi və digər hüquq -mühafizə orqanları ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan Qanunun Konstitusiya olmasını ƏƏSMN rəhbərliyinə anlada bilir . Hətta pensiyanın kəsilməsini Daxili İşlər Nazirliyində kiminləsə bağlı araşdırma aparılması ilə izah edirlər. (?) Və 3-cü aydır gözlərini pensiyalarına dikən 62 və 65 yaşlı pensiyaçıların sosial təminat və məhkəmə təminatı hüququna ƏƏSMN -in audit şöbəsinin müdiri Heybət İmanovun göstərişi ilə DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsi qadağa qoyub! (?) Konstitusiyaya hörmətsizlik mətbuatda işıq üzü görəndən sonra hər iki pensiyaçıya pullarının ödəniləcəyi deyilsə də, hələ ki, Heybət İmanovun şifahi göstərişi Konstitusiyadan üstün sayılır. Qeyd etmək yerinə düşər ki, 3-cü ildir Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Qarabağ əlili Abbaszadə Xaliq Əvəz oğlunun pensiyasını məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, icra sənədi olmadan dələduz “Rəvan” sığorta şirkətinin hesabına ödəməsini Heybət İmanov qanuni sayır və hələ də Vətəni müdafiə edərkən əlil olmuş şəxsin sosial təminat hüququ bərpa olunmayıb. Maraqlıdır, məhkəmə qərarı olmadan , “İcra haqqında” qanunun 68.1.2 maddəsinə (“TƏLƏB BORCLUNUN XİDMƏTİ VƏZİFƏLƏRİNİN İCRASI ZAMANI ALDIĞI XƏSARƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN MƏBLƏĞLƏRƏ YÖNƏLDİLƏ BİLMƏZ “) zidd olaraq Qarabağ əlilinin pensiyasını başqasına ödəyən ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsi 4 ildir dövlətin adından hər 3 instansiya tərəfindən çıxarılan məhkəmə qərarlarını icra etməkdən imtina edir? ! ƏƏSM naziri Sahil Babayev bəs hara baxır? Yoxsa, Heybət İmanovun şifahi göstərişi nazirdən də üstündür? Əldə etdiyimiz məlumat Heybət İmanovun özünü Konstitusiyadan üstün tutmasının şok “səbəbi”ni ortaya qoyur. Belə ki, bir müddət öncə ƏƏSMN -ə -daxili nəzarət və audit şöbəsinə test yolu ilə qəbul edilən Vüsal adlı hüquq təhsilli şəxslə Heybət İmanov arasında narazılıq o həddə çatıb ki, şöbə müdiri Vüsalı tutdurub. İndi də həmin hüquqşünasın nümayəndə kimi “udduğu” pensiya təminatı ilə bağlı məhkəmə qərarlarının auditi - “təftişi” ilə məşğuldur. Görəsən, Heybət İmanova kimsə başa sala biləcəkmi ki, dövlətin adından çıxarılan məhkəmə qərarının “daxili nəzarət” qaydasında “auditini həyata keçirmək” cinayət məsuliyyəti yaradır? ! ...Bəs Xüsusi Şərtlərlə Təyinat İdarəsinin vətəndaşların pensiyalarını köçürməkdən imtinası necə?" İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |