Əsas Səhifə > Ölkə, Manşet > DGK sədri general-mayoru işdən çıxarmağın yollarını arayır...
DGK sədri general-mayoru işdən çıxarmağın yollarını arayır...10-09-2020, 10:56 |
DİA.AZ: - "Səfər Mehdiyevin DGK rəhbərliyinə gətirilməsindən sonra bu qurumda intriqabazlıq, şəbəkələşmə, qohumbazlıq, korrupsiya və digər bu kimi neqativlər geniş vüsət aldı. Səfər Mehdiyev islahat adı altında yalnız və yalnız öz maraqlarını güdən prosesi yürütdü ki, bu da haqlı olaraq ictimai diqqətdən kənarda qalmadı, daima müzakirə predmeti oldu". Bu sözlər DİA.AZ-a göndərilən məqalədə yer alıb. Daha sonra məqalə müəllifi davam edir: "Səfər Mehdiyev günü bu gün də anoloji neqativ xəttə sədaqətini nümayiş etdirir. Bir müddət əvvəl yerli KİV-də belə bir məlumat yayıldı ki, bəs "yuxarılar" Səfər Mehdiyevin vəzifəsindən alınması barədə qərar verib və onun yerinə Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev gətirilir. İlk xəbər yayıldıqdan sonra mahiyyətcə xəbis birisi olan Səfər Mehdiyev İqbal Babayevdən izahat istədi və ilkin qənaət bu olmuşdu ki, kimlərsə DGK rəhbərliyində qarşılıqlı etimadsızlıq mühiti yaratmağa çalışır. Amma bu qənaətlə yetinməyən Səfər Mehdiyev öz daxilində İqbal Babayevə qarşı cəbhə açaraq biabırçı bir vəziyyətə qədər durumu gərginləşdirib. Bu gün İqbal Babayev bir peşəkar gömrük işçisi olaraq DGK sisteminin fəaliyyətindən kənar tutulur. Səfər Mehdiyev özünə yaxın bildiyi çalışanlar arasında general-mayoru az qala xain kimi də təqdim edir ki, əslində bütün bunlar Səfər Mehdiyevin qısqanclığının bariz nümunəsidir". Məqalə müəllifi diaaz.space-a göndərdiyi yazısında bildirir ki, Səfər Mehdiyev İqbal Babayevə qarşı elə cəbhələşib ki, hətta onu vəzifədən çıxara bilməsinin yollarını belə arayır: "Əlinə ilk düşən fürsətdəcə bunu edəcək. Amma bu olmayacaq, Səfər Mehdiyevə belə bir fürsət tanınmayacaq. Çünki "yuxarılar" hər iki tərəfin şəxsi keyfiyyətlərinə, işlərinə yanaşmalarına yaxşı bələddir və inandırıcı deyil ki, Səfər Mehdiyev kimi saxta sədaqət nümayişkarının tərəfini tutub, kifayət qədər peşəkar və dövlətinə bağlı olan İqbal Babayevin "zərərsizləşdirilməsinə" fürsət yaradılsın..." Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin... İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |