Əsas Səhifə > Ölkə, Manşet > Yardımlı sakinlərinin səsini eşidən yoxdur...

Yardımlı sakinlərinin səsini eşidən yoxdur...


4-09-2020, 10:28
Yardımlı sakinlərinin səsini eşidən yoxdur...
DİA.AZ: - "Yardımlı rayonundan yazılan bu narazılıq dolu şikayətlər niyə bir araşdırılmır? Niyə "yuxarılar"ı narahat etmir ki, bu Yardımlı rayonundan yazılan problemlər faktlar havadan götürülməyib..." Bu barədə DİA.AZ-a rayondan edilən müraciətdə deyilir.

Daha sonra müraciət müəllifi yazır: "Hörmətli deputat Sabir Rüstəmxanlı Yardımlı rayonunda olan problemləri Milli Məclisin tribunasından səsləndirsə də, hələ də Yardımlı rayonu Mahir Mirzəyev-Ayaz Əsgərov cütlüyünün hökmranlığı altındadır. Bu qədər haqsızlıq, özbaşınalıq faktları hər gün mətbuatda işıqlandırılır... amma nədənsə heç bir tədbir görülmür ki, bu da Yardımlı camaatını ümidsizliyə düçar edir".

Daha sonra ağır ittihamlar səsələndirən (həmin faktları dəqiqləşdiririk -red.) narazı vətəndaş diaaz.space-a yazır: "Biz dövlətin müvafiq qurumlarından, xüsusən də Dövlət Təhlükəsizlik Xidmətindən xahiş edirik ki, Yardımlıda baş verən qanunsuzluqlarla bağlı araşdırma aparılsın, özbaşına qalan Yardımlı rəhbərliyi cəzalandırılsın..."

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt