Əsas Səhifə > Ölkə, Manşet > Masallıda vətəndaş qəbulu birdəfəlik dayandırılıb

Masallıda vətəndaş qəbulu birdəfəlik dayandırılıb


12-06-2020, 11:39
Masallıda vətəndaş qəbulu birdəfəlik dayandırılıb
DİA.AZ: - Ağcabədidən Masallıya transfer olunan icra başçısı Şahin Məmmədov rayonda narazılıq yaradır. Bu barədə DİA.AZ-a müraciət edən vətəndaşlar bildirir.

Narazı sakinlər iddia edir ki, pandemiyanı bəhanə edən Şahin Məmmədov ümumiyyətlə, vətəndaş qəbulunu dayandırıb.

Sakinlər diaaz.space-a bildirir ki, bunun əvəzinə icra hakimiyyətinin qarşısına poçt qutusu qoyulub: "Amma elə vəziyyət olur ki, problemə operativ müdaxilə lazım olur. Belə şəraitdə poçt qutusuna yazmaqla problemləri həll etmək olmur axı? Nə etsək də Masallı RİH-də kimsə şikayətçi qəbul etmir. Guya xəstəlikdən qorxurlar. Amma rayonu rəsmən başsız buraxıblar.

Məktubu yazırsan səhər, axşama qutudan götürürlər, sonra da məktubun aiqbəti, məktuba reaksiya bəlli olmur".

İddia olunanlarla bağlı Masallı RİH-dən mövq öyrənmək cəhlərimiz alınmayıb. Yenə də qarşı tərəf olaraq dinləməyə hazırıq...

Geri qayıt