Əsas Səhifə > Ölkə, Manşet > Səfər Mehdiyev kimin payından qənaət edəcək: ÖZÜNÜN, YOXSA DÖVLƏTİN?

Səfər Mehdiyev kimin payından qənaət edəcək: ÖZÜNÜN, YOXSA DÖVLƏTİN?


28-02-2020, 10:10
Səfər Mehdiyev kimin payından qənaət edəcək: ÖZÜNÜN, YOXSA DÖVLƏTİN?
DİA.AZ: - Səfər Mehdiyev özünü DGK sədri postunda çox narahat hiss edir və onunla bağlı hər an gediş qərarı verilə bilər. Bu barədə son günlər Dövlət Gömrük Komitəsi daxilində cərəyan edən olaylarla bağlı məlumat verən mənbə iddia edir.

Mənbənin diaaz.space-a söylədikləri: "Səfər Mehdiyev ola bilsin ki, DGK sədri postundan uzaqlaşdırılsın. Belə bir qərarın müzakirəsi gedir. Çünki buraxdığı yanlışlıqlar var və artıq həmin yanlışlıqlar o qədərdir ki, "yuxarılar" da düşünməyə vadar olub".

Qeyd edək ki, gəzən söhbətlərə görə, son günlər ölkənin iri ticarət mərkəzlərinin Çindəki və İrandakı epidemiya səbəbindən böhranlı vəziyyətə gəlməsi, habelə, digər iş adamlarının da gömrüklə daha az iş görmək məcburiyyətində qalması DGK-nın da rüsum toplanışına böyük zərbə vurub. Lakin "yuxarılara" verilən vədlər var və Səfər Mehdiyevin son günlər neftin də qiymətinin kəskin şəkildə ucuzlaşması fonunda "yuxarılara" sürpriz böhran yaratması DGK sədrinə baha başa otura bilər.

Bunları xatrladan mənbə bildirir ki, üst qurumlar gömrükdə oğurlanan və Səfər Mehdiyevin gəlişindən sonra dövlətin xeyrinə şəffaflaşdırılan hissə payı barədə yetərincə dəqiq bilgilərə malik olduğundan DGK sədrinin belə bir böhranlı mərhələdə öz payından yox, dövlətin payından qənaət edəcəyi situasiyası ona əlavə gərginlər vəd edir: "Və bu gərginliyin pik həddi təkcə Səfər Mehdiyevin görəvdən alınması anamına gəlmir, eyni zamanda DGK sədri barəsində hüquqi addımlar da atıla bilər. Son günlər DTX-nin vəzifəli şəxslər barəsində sərt addımlar atması da təsdiqləyir ki, artıq yuxarı orqanlar hansısa məmurun nazı ilə oynamaq fikrində deyil".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt