Əsas Səhifə > Ölkə, Manşet > Çexiyada biznesi olan məmurlar təlaşda

Çexiyada biznesi olan məmurlar təlaşda


6-06-2019, 13:02
Çexiyada biznesi olan məmurlar təlaşda
Çexiyada Avropa Birliyi (AB) fondlarından gələn pulları korrupsiya yolu ilə mənimsəməkdə ittiham olunan baş nazir Andey Babişin istefası ilə bağlı kütləvi aksiyalar başlayıb.
diaaz.space "Yeni Sabah"a istinadən xəbər verir ki, aksiyada yüz mindən çox insan iştirak edir. Andrey Babiş rəsmi olaraq Çexiyanın ikinci ən varlı şəxsi hesab olunur. Bu varidatın çoxuna korrupsiya yolu ilə nail olan baş nazir iki ildir ki, bu posta təyin olunub.

Qeyd edək ki, ümumiyyətlə Çexiyada korrupsiyaya qarşı mübarizə bir neçə ay əvvəldən başlayıb. Bəzi məmurlar vəzifəsindən azad edilib, bəziləri isə özü istefa verib. Polis və ədliyyə orqanlarının araşdırmaları daha geniş aparacağı gözlənilir.

Hələlik, bu araşdırmaların xarici ölkə vətəndaşlarını da əhatə edib-etməyəcəyi bəlli deyil. Amma bu olarsa, Azərbaycan məmurlarının böyük əksəriyyətinin ciddi problemlə qarşılaşacağı qaçılmazdır. Məmurlarımızın qeyri-qanuni yolla əldə etdikləri böyük pulların ən çox daşındığı ölkə məhz Çexiya olub. Bu haqda mediada dəfələrlə xəbərlər yayılıb.

“Yeni Sabah” Çexiyada biznesi olan məmurların qısa siyahısını təqdim edir. Qeyd edək ki, siyahı bu vaxta qədər mediada yayılan məlumatlar əsasında hazırlanıb və bu məlumatların heç biri (Allahşükür Paşazadə istisna olunmaqla) təkzib olunmayıb.

1. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə

2. Millət vəkili Cavanşir Paşazadə

3. Millət vəkili Adil Əliyev

4. Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev

5. Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli

6. Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev

7. Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov

8. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə

09. Sumqayıt Baş Gömrük İdarəsinin rəisi Vəzir Həsənov

10. Azərbaycan Dəmiryolu Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hicran Valehov

11. Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin qardaşı, "Azpetrol" şirkətlər qrupunun keçmiş prezidenti Rafiq Əliyev

12. Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev

13. Keçmiş Azərbaycanda Alternativ və Bərpa Olunan Enerji Agentliyinin rəhbəri Cəmil Məlikov

14. Sabiq müdafiə naziri Səfər Əbiyev

15. Sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov


Geri qayıt