Əsas Səhifə > Ölkə, Manşet > Səfər Mehdiyev narazılıq yaradan məmurları mükafatlandırır...
Səfər Mehdiyev narazılıq yaradan məmurları mükafatlandırır...12-11-2018, 10:43 |
DİA.AZ: - Keçən həftə yerli KİV-ə istinadən gömrük sistemindəki özbaşınalıqlardan əziyyət çəkən vətəndaşların gileyini təqdim etmişdik. Həmin müraciətdə deyilirdi ki, bu dəfə narazılıq yaradan məmurlardan biri də Dövlət Gömrük Komitəsinin qiymətləndirmə şöbəsinin müdiri Fərid Əliyev və onun işçici Vüqar adlı şəxsdir. Həmin məlumatı xatırladırır: "Redaksiyamıza müraciət edən Masallıdan olan bir qrup sahibkar da Fərid Əliyevin qanunsuz əməllərindən şikayətçidirlər. Belə ki, sahibkarların bildirdiyinə görə onlar İran İslam Respublikasından Azərbaycana satış üçün şüşədən mətbəx qabları gətirirlər. Bakı və ya Sumqayıt Gömrük İdarələrində onları Dövlət Gömrük Komitəsinin qiymətləndirmə şöbəsinə yönləndirirlər. Mallarının rəsmləşdirilməsi zamanı isə onlardan Dövlət Gömrük Komitəsinin qiymətləndirmə şöbəsində dövlət rüsumundan qat-qat artıq məbləğ tələb edirlər. Əks halda həmin malları rəsmiləşdirməmək ilə təhdid edirlər. Belə özbaşınalıqla üzləşən sahibkarlardan biri bildirir ki, məsələn, o 10 min dollarlıq malı Azərbaycana idxal etdiyi zaman ondan 13 min manat pul istəyirlər. Sahibkarlar bunun həddən artıq çox olduğunu bildirərək etiraz edəndə isə onlara Qiymətləndirmə şöbəsində deyirlər ki, ”5 minlik də,10 minlik də mal gətirsəniz, malı gömrükdən keçirmək istəyirsizsə 13 min manat ödəməlisiz”. Sahibkarlar qeyd edirlər ki, dünya bazarında ən ucuz şüşə İrandadır. Amma buna baxmayaraq Fərid Əliyev sahibkarlara deyir ki, “siz yalan deyirsiniz, malları İrandan həmin qiymətə almamısız”. Halbuki sahibkarların əlində, aldığı malların qiymətlərinin qaimələri var və onlar bu sənədləri şöbə müdiri Fərid Əliyevə təqdim edirlər". DİA.AZ-a bununla bağlı daxil olan informasiyada isə qeyd olunur ki, Səfər Mehdiyev narazılıq yaradan Fərid Əliyevi nəinki cəzalandırmayıb, hətta onun vəzifəsini böyüdüb də. Bəli, vəzifəsinin öhdəsindən gələ bilməyərək vətəndaşları incidənlər mükafatlandırılır. Daha Səfər Mehdiyevin "rüşfvəti və xəyanəıti bağışlamaması" haqda söylədiyi nağıllar qüvvəsini çoxdan itirib. Fərid Əliyev daha 12 manat mənimsəməyib ki, onu RÜŞVƏTXOR DAMĞASI ilə işdən atsınlar... Fərid Əliyev BÖYÜK GƏLİRLƏRİ gətirdiyindən, "primitiv" işlərlə məşğul olmadığ\ından Səfər Mehdiyev tərəfindən mükafatlandırılaraq yeni vəzifəyə təyin olunub. Mənbə diaaz.space-a bildirir ki, Fərid Əliyev hazırda general vəzifəsini daşıyır və onun yerinə isə Vüqar Əhmədov təyin olunub. Bəli, yanılmadıınız: MƏHZ VƏTƏNDAŞLARIN GİLEY ETDİYİ İKİNCİ ŞƏXS... Deməli Səfər müəllim onların fəaliyyətindən razı qalıb. Vətəndaşlar kimdir axı... Onların narazılığı da nəzərə alınsın... İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |