Əsas Səhifə > Ölkə, Manşet > “Bank of Baku” fəaliyyətini dayandırır

“Bank of Baku” fəaliyyətini dayandırır


18-03-2019, 11:53
“Bank of Baku” fəaliyyətini dayandırır
DİA.AZ: - Azərbaycan bank sektorunda rəqabət artdıqca aktivlərindən səmərəli istifadə edə bilməyən, kredit bazarında problemlər yaşayan və riskli müştəri kontingenti uğrunda mübarizədə məğlub olan bankların bazarda kiçildiyi müşahidə olunur.

DİA.AZ-a daxil olan məlumata görə, bank sektorunda məcmu kapitalının ən çox azalması "Bank of Baku”da müşahidə edilir. Bununla yanaşı hökumətin bank sketorunda apardığı islahatlar, habelə dollar kreditləriilə bağlı verilən son qərar "Bank of Baku"nun işini xeyli gərginləşdirib.

diaaz.space-a danışan hökumətdəki mənbə bildirir ki, islahatlar fonunda bir neçə bankla bağlı net qərarveriləcək:

"Burada bank sektorunda dövlət-bank-vətəndaş münasibətlərinin yeni mərhələsindən danışılır. Artıq siyasət dəyişib və bu səbəbdən fəaliyyəti mümkünsüzləşən banklar var".

Mənbə bildirir ki, onlardan birincisi elə "Bank of Baku"dur ki, onun da bağlanması müzakirə predmetidir: "AMB və digər əlaqədar qurumlar hazırda sözügedən bankın rəhbərliyi ilə danışıqlardadır".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt