Əsas Səhifə > Ölkə, Manşet > İki dövlət qurumu arasında çəkişmə...

İki dövlət qurumu arasında çəkişmə...


3-09-2018, 13:12
İki dövlət qurumu arasında çəkişmə...
DİA.AZ: - "Dövlət Gömrük Komitəsindən və konkret olaraq komitənin sədri Səfər Mehdiyevdən yuxarı instansiyalara şikayət olunub". Bu barədə DİA.AZ-a hökumətdəki məlumatlı mənbə xəbər verib. Xəbəri verən qaynaq iddia edir ki, ölkədə ərzaq təhlükəsizliyinə əsas olaraq cavabdeh olan qurum - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə DGK arasında bir soyuq savaş mühiti yaranıb.

Mənbənin diaaz.space-a söylədikləri: "Məlumdur ki, AQTA birbaşa olaraq ölkəyə gətirilən ərzaqın keyfiyyəti ilə maraqlanmalı olan qurumdur. Maləsəf, gömrük orqanlarında hələ də belə düşünmürlər və ayrı-ayrı idxal sahələrinin inhisarlaşdıran gömrük monapolistləri ərzaq bazarına əslində, dövlətin nəzarət rıçaqlarını iflic etdiklərindən bu gün AQTA kimi bir yetərincə səlahiyyətə malik olan dövlət idarəsi demək olar ki, aciz vəziyyətə salınıb".

Mənbə iddia edir ki, bu səbəbdən AQTA rəhbərliyi səviyyəsində yuxarı instansiyalara giley olunub və DGK rəhbərliyinə xəbərdarlıq edilməsi istənilib. Mənbənin diaaz.space-a söylədikləri:

"Hələlik AQTA müəyyən qədər cəhdlər edir. Amma total olaraq idxal olunan ərzağın keyfiyyətinə nəzarət üçün şərait yaradılmalıdır. İstənilən də budur".

Əlavə bilgilərimiz olacaq. Bii izləyin. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt