Əsas Səhifə > Ölkə, Manşet > Özünə yeni post axtarır...

Özünə yeni post axtarır...


30-08-2018, 11:31
Özünə yeni post axtarır...
DİA.AZ: - Yaxın günlərdə vəzifədən alınacağı söylənilən Şamaxının icra başçısı Asif Ağayev də qollarını çırmayıb. Bu barədə DİA.AZ-a rayondakı qaynaqlardan informasiya daxil olub.

Xəbəri verən mənbə iddia edir ki, Asif Ağayev yenidən təyinat ala bilməsi üçün hərəkətə keçib. Mənbənin diaaz.space-a söylədikləri:

"Təbii ki, Şamaxı rayon icra hakimiyyətinin başçısı postu əslində yuxarı dairələrlə gözəl münasibətlərin qurulması üçün gözəl bir fürsətdir, yaxşı bir ünvandır. Ona görə ki, əksər məmurların Şamaxıda ya obyektləri var, ya istirahət mərkəzləri, ya da villaları. Belə olan təqdirdə başçı da həmin nüfuzlu adamlarla münasibət qurma imkanı yaradır ki, bu gün də Asif Ağayevi kifayət qədər əlaqəli hesab etmək olar. Amma bu yetərli olacaqmı?"

Mənbə diaaz.space-a açıqlamasında iddia edir ki, Asif Ağayevin adı zaman-zaman rayona ayrılan büdcə vəsaitlərinin mənimsənilməsində, ayrı-ayrı sahibkarların, fermerlərin incidilməsində yetərincə hallandığından onunla bağlı hakimiyyətin ən üst düzəyində heç də pozitiv təəssürat mövcud deyil: "Ona görə də Asif Ağayevin yeni təyinata ümid bəsləməsi əbəsdir".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt