Əsas Səhifə > Ölkə / Manşet > Əgər nazir bunlardan xəbərsizdirsə...

Əgər nazir bunlardan xəbərsizdirsə...


3-05-2016, 09:09
Əgər nazir bunlardan xəbərsizdirsə...
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində, ona tabe olan qurumlarda aparılan həbslər hələ də müzakirə mövzusu olaraq qalmaqdadır. Daha doğrusu, vətəndaşların yetərli hissəsi həbs olunan şəxslərin dövlət büdcəsinə vurduqları yüz milyonluq ziyana görə heyrətə gəlirlər. Bildiyiniz kimi, bu sahədə aparılan həbslər В«AzərpoçtВ» MMC-dən də yan keçmədi. Qurumun direktoru Qəmbər Bəybalayev həbs olundu. Lakin buna baxmayaraq, В«AzərpoçtВ»da işlər hələ də qaydasına düşmək bilmir. Gundelik-baku.com-a daxil olan məlumatlarda deyilir ki, MMC-də baş direktor müavini vəzifəsini tutan Sübhan Kazımovun imza atdığı qeyri-qanuni işlər cəmiyyətin fəaliyyətinə mənfi təsirini göstərməkdədir. Qeyd edək ki, bu şəxs 2004-cü ildən baş direktorun müavini işləyir və ötən illər ərzində adı çoxsaylı korrupsiya olaylarında hallandırılıb. Məlumata görə, В«AzərpoçtВ»də həyata keçirilən bütün xoşagəlməz işlərin əsas səbəbkarı məhz Sübhan Kazımovdur. İddialara əsasən, o bir müddət əvvəl В«AzərpoçtВ»a məxsus olan avtobazanın 3 hektarlıq ərazisini satıb: В«Montində, BTİ-yə yaxın yerdə yerləşən həmin ərazi özəlləşdirilib, daha sonra isə onun yerində bina inşa edilib. Bundan başqa, В«AzərpoçtВ»un təkcə Bakıda 100-dən artıq şöbəsi fəaliyyət göstərir. Hər axşam saatlarında isə inkassator maşınları şöbələrdə toplanılmış məktub, sənəd və pulları toplayaraq onu Baş İdarəyə gətirir. Avtobaza satıldıqdan sonra inkassator maşınlarını şəhərin istənilən küçəsində gecə yarısı saxlanılmış vəziyyətdə görmək olar. Bu hal məhəllələrə də aiddir. В«AzərpoçtВ»un həmin maşınları işdən sonra park etmək üçün yeri yoxdur. Sübhan Kazımov Avtobazanın ərazisini satmasaydı, həmin maşınları orada park etmək olardı. Əsasnaməyə görə, inkassator maşınları xüsusi təyinatlı olduqlarından onların ümumiyyətlə, nəzarətsiz ərazidə saxlanılması qadağandırВ». Araşdırmalar nəticəsində öyrəndik ki, Sübhan Kazımov bir neçə il əvvəl poçt şöbələrinin ərazilərini özəlləşdirməyə başlayıb: В«Bunu belə əsaslandırıblar ki, işçilərin evi yoxdur və həmin şöbələrin ərazilərinin bir qismini mənzil kimi onlara verməklə, bu problemi həll etmək olar. Lakin bütün bunların hamısı bəhanədir. Ona görə ki, sovet dövründən В«AzərpoçtВ»un balansında olan iri şöbələrin hamısı özəlləşdirilib və ərazisi də işçilərə deyil, market açanlara icarəyə verilib. Həmin poçt şöəbələrindən biri 118 saylıdır. Ümumi ərazisi 500 kvadrat metr olan bu şöbə 8-ci km qəsəbəsində, Laçın Ticarət Mərkəzi ilə üz-üzə yerləşirdi. Lakin В«AzərpoçtВ» rəhbərliyi həmin şöbənin ərazisini özəlləşdirərək, onun cəmi 40 kv.m-ni əlində saxlayıb. Yerdə qalan 460 kv. m-i isə satıblar. Hazırda onun yerində В«İdealВ» mebel salonu yerləşir. MMC-də Sübhan Kazımovun sözünün qabağında söz deyən adam yoxdur. O kiməsə güvənərək istədiyi şəkildə hərəkət edirВ». Başqa bir məlumata görə, В«AzərpoçtВ»da fəxri adlar Sübhan Kazımovun razılığı və Sevil Nəsirovanın rəyi əsasında verilir: В«Fəxri adlar iş qabiliyyətinə görə yox, şəxsi maraqlar naminə verilib. Sevil Nəsirova В«AzərpoçtВ»u kommunal təsərrüfat idarəsinə döndərib. Baş direktorun müavini ona geniş səlahiyyətlər veribВ». Növbəti yazımızda Biləcəri qəsəbəsində yerləşən 125 və 147 saylı Poçt Şöbələrinin kimə və necə satılması, В«AzərpoçtВ»un 2 və 70 saylı poçt filiallarının tikintisinə ayrılan vəsaitlərin mənimsənilməsi, baş direktor müavininin nəyə görə məsuliyyətə cəlb olunmaması və Sübhan Kazımovun topdağıtmaz varidatı haqda şok məlumatları açıqlayacağıq. Bizi izləyin.

Geri qayıt