32 illik MƏNİMSƏMƏ: BU GÜN DƏ DAVAM EDİR? - BU NƏDİ BELƏ?!
Tarix: 23-09-2024, 09:49 | Çap et
 “Azəravtoyol” ASC-nin tabeliyində olan 38 saylı Yol İstismar MMC-nin 47 saylı Füzuli Yol İstismar İdarəsində rüşvət və qanun pozuntusu, dövlət əmlakının mənimsənilməsi faktı ilə bağlı “Yeni Müsavat”ın redaksiyasına ilginc məlumatlar daxil olub. Dia-az.İnfo bildirir ki, musavat.com-a müraciət edən Mahir Bayramov 1992-ci ilə kimi həmin idarədə sürücü kimi işlədiyini deyib.
Şikayətçi qeyd edib ki, hər gün işə gedib-gəlib, maaş alıb. 1-ci Qarabağ Müharibəsi başladığı vaxtlarda bütün digər qarabağlılar kimi o da işindən, evindən məhrum olub. Həmin idarə də işğal olunan torpaqlarda olduğuna görə düşmən tərəfindən dağıdılıb. Bura kimi hər şey məlumdur. Lakin əsas və maraqlı məsələ burdan başlayır. Həmin illərdə düşmən tərəfindən işğal olunan bir çox yol istismar idarələri birləşdirilir və 38 saylı Yol İstismar MMC-nin 47 saylı Füzuli bazasında Yol İstismar İdarəsi yaradılır. İdarəyə isə Mədət Əlif oğlu Hacıyev rəis təyin edilir.
Mahir Bayramov bildirib ki, 32 ildir eyni vəzifədə işləyən Mədət Hacıyev elə həmin illərdən də qanunsuz fəaliyyətlərini həyata keçirməyə başlayıb:
“Dövlət əmlakı olan 100-dən artıq texnikanı satıb mənimsəyib. Dövlət tərəfindən ayrılan vəsaitləri şəxsi maraqları naminə xərcləyir. Lakin bununla da kifayətlənməyən Mədət Hacıyev işğal nəticəsində respublikanın müxtəlif rayonlarına səpələnən əməkdaşların adlarını işdə saxlayaraq adlarına maaş yazır. Həmin maaşları da özü alaraq xərcləyir. Bunun nəticəsində də milyonlarla manat dövlət vəsaitini ələ keçirir”.
Mahir Bayramov deyib ki, onun adına 150 min manatdan çox maaş yazılıb:
“Heç bir işçinin adına maaş yazılmasından bu illər ərzində xəbəri olmayıb. Əfqanıstan müharibəsi veteranıyam, təsadüfən öyrəndim ki, adıma 32 ildir dövlətdən maaş alınır. Yazılan maaşların hamısı da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasında öz əksini tapıb. Adına maaş yazılan və maaşı mənimsənilən işçilərin sayı onlarladır. Bu isə milyonlarla manat vəsait deməkdir”.
Mahir Bayramov məsələ ilə bağlı Mədət Hacıyevə müraciət edib:
“Mədət Hacıyev adımıza maaş yazıldığını təkzib etmir. Deyir ki, guya indiyə kimi aldığı maaşların hamısını “yuxarıya” ötürüb. “Yuxarı” dedikdə o, Füzuli rayon rəhbərliyini, yoxsa “Azəravtoyol” rəhbərliyini nəzərdə tutduğunu dəqiq deməyib. Amma görünən odur ki, Füzuli rayonunda baş verən belə böyük bir korrupsiya faktını həyata keçirmək üçün Mədət Hacıyev tək fəaliyyət göstərməyib, bu işdə ona həm idarənin digər əməkdaşları, həm də Füzuli rayonunda söz sahibi olan şəxslər yaxından yardım edib”.
Həmçinin şikayətçinin adına qanunsuz imzalar çəkilib, adına olan bank kartları bankdan götürülüb, bütün bunlardan Mahir Bayramovun 32 il ərzində xəbəri olmayıb. Deyir ki, heç latın qrafikalı əlifbanı belə bilmir, adına yazılan əmək müqavilələri, yazılan maaşlar, bank kartları və sairdən ötən ay xəbər tutub. Qeyd edir ki, Mədət Hacıyev dövlət qulluğunda olmanın son yaş həddinə çatmağına baxmayaraq hələ də eyni vəzifəsində qalmaqda davam edir:
“Yəqin ki, kimlərsə onun bu vəzifədə qalmasında maraqlıdır”.
Qarşı tərəf də, öz sözünü deyə bilər, onu dinləməyə biz də hazırıq.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bərdə İcra Hakimiyyəti bir gündə iki tender elan edib - AY MAŞALLAH...
Dünən, 18:34 |
|
|
|
• Alverçilərin BAZARI ÖLDÜ – “Heç kim bu maşınlara 20-25 min vermək istəmir”
Dünən, 18:27 |
|
|
|
• "Abzas Media" işi: - Təqsirləndirilənlər barədə qərar...
Dünən, 18:12 |
|
|
|
• Ucuz neft Azərbaycana problem yaradacaq? - GƏLİŞMƏ
Dünən, 18:07 |
|
|
|
• Azərbaycan və Rusiyanın ortaq şirkəti ləğv edilir - DETALLAR
Dünən, 18:00 |
|
|
|
• Pakistanlı MBA tələbələri “Ulduz” şokolad fabrikində istehsalat turunda iştirak ediblər - FOTO
Dünən, 17:56 |
|
|
|
• “Anam yanımdadır, ondan güc alıram” - Aysundan gözlənilməyən paylaşım
Dünən, 17:52 |
|
|
|
• Azərbaycan ciddi qərarları ilə COP-u işlək bir konfransa çevirdi - deputat
Dünən, 17:46 |
|
|
|
• TƏBİB-də yoxlamalar başladı - NƏ BAŞ VERİR?
Dünən, 17:43 |
|
|
|
• “Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır”
Dünən, 17:41 |
|
|
|
• Bu ölkədə baş nazirin arvadın yandırıb öldürdülər
Dünən, 17:39 |
|
|
|
• Məktəblərdə rus bölməsi QALMAQALI: müəllimlər sinif tapmır - Görünəni odur ki...
Dünən, 17:36 |
|
|
|
• Bir kəndin sakitliyini pozan üç gün: iki uşaq anası 10 kişi ilə gəzdi, əri elə danışdı ki... - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• Nazirlik TƏBİB-də yoxlamalara başladı
Dünən, 16:20 |
|
|
|
• Polşa Belarusla sərhədi tam bağlayacaq
Dünən, 15:57 |
|
|
|
• “Nar” “Naxtel” abunəçilərinə xüsusi kampaniya təklif edəcək
Dünən, 15:55 |
|
|
|
• İndi də sosial şəbəkə hesablarımız HƏDƏFDƏ
Dünən, 15:49 |
|
|
|
• Peşə məktəbləri ilə bağlı QALMAQAL
Dünən, 15:10 |
|
|
|
• Azərbaycanda problemli kreditlər artır - SƏBƏBLƏR
Dünən, 13:20 |
|
|
|
• "Fransa Makrondan bezib" - Volodin
Dünən, 13:18 |
|
|
|
• II Qaregin Paşinyanla bağlı təlimat verdi - Zarkerak.am
Dünən, 13:00 |
|
|
|
• Vaşinqton razılaşmaları və Rusiya: geosiyasi məğlubiyyət, yoxsa taktiki fasilə? - NƏ BAŞ VERİR?
Dünən, 12:53 |
|
|
|
• Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb - İLGİNC FAKTLAR...
Dünən, 12:51 |
|
|
|
• Azərbaycanla sülh sazişi ölkəmizə investisiyaları artıracaq - Ermənistan Mərkəzi Bankının sədri
Dünən, 12:38 |
|
|
|
• "Kreditin ləğv olunmasını tələb etmişəm... AMMA..." - NARAZILIQ VAR...
Dünən, 12:37 |
|
|
|
• Azərbaycan vətəndaşları üçün məhdudiyyət olan ölkə varmı? - AKTUAL
Dünən, 12:03 |
|
|
|
• Qarabağ ermənilərinin köçəri həyat tərzi bölgədə problemləri davam etdirir - ŞƏRH
Dünən, 11:56 |
|
|
|
• Adil Vəliyev icra nümayəndəsini işdən çıxardı - Yeni təyinatlar
Dünən, 11:54 |
|
|
|
• Gürcüstan yenidən ÇALXALANIR – Rusiyanın dəhşətli ssenarisi belə İFŞA EDİLDİ
Dünən, 11:50 |
|
|
|
• “Hansısa ingilisdilli qaqulik balası düşünüb ki, niyə taksi xidməti rəqabətli olmalıdır ki?” - ETİRAZ
Dünən, 11:48 |
|
|
|
• Zəngəzur dəhlizinin Azərbaycan ərazisində tikinti işləri gələn il tamamlanacaq
Dünən, 11:40 |
|
|
|
• Yasamalda “Avant” MTK özbaşınalığı… - VİDEO
Dünən, 11:36 |
|
|
|
• Paşinyan Yaponiyadan qayıdan zaman hökumət təyyarəsi Monqolustan və Qazaxıstanda niyə dayanıb?
Dünən, 11:24 |
|
|
|
• Ermənistanın varlığı Türkiyə və Azərbaycanla normallaşmadan asılıdır - ŞƏRH
Dünən, 11:20 |
|
|
|
• Sabiq icra başçısına məxsus olduğu deyilən otel 236 milyon manata satışa çıxarılıb – Fotolar
Dünən, 11:18 |
|
|
|
• Azərbaycanda bu nazirliklərin birləşəcəyi - GÖZLƏNİLİR
Dünən, 11:12 |
|
|
|
• “FNC” BOKT 4,75 milyon manatlıq borc cəlb edir
Dünən, 11:07 |
|
|
|
• Yaslarda ehsan ləğv edilir - İllərin ənənəsinə hörmətsizlik, yoxsa dini qayda?
Dünən, 11:03 |
|
|
|
• Xalq artisti Sərdar Fərəcovun son durumu açıqlanıb
Dünən, 10:57 |
|
|
|
• Pakistan Ermənistana buna görə "yaşıl işıq" YANDIRIR - TASS
Dünən, 10:49 |
|
|
|
• Evləri sökülən “Bayırşəhər” sakinləri... - "Gələcəyinizi ucuz satmayın"
Dünən, 10:43 |
|
|
|
• Payız və qış aylarında hansı kənd təsərrüfatı məhsulları bahalaşacaq? - Ekspert
Dünən, 10:38 |
|
|
|
• Sabiq nazir müavini işdən çıxarıldı - Yeni vəzifə verildi
Dünən, 10:36 |
|
|
|
• Maştağa sakinlərindən ŞİKAYƏT – “1991-ci ildən xətt çəkilib, amma su yoxdur...”
Dünən, 10:32 |
|
|
|
• Paşinyan iş gününə hansı musiqi ilə başlayır?.. - "Aremenian Tayms"
Dünən, 09:51 |
|
|
|
• Şirkətin pulunu mənimsəyən ekspeditorla bağlı qərar çıxarıldı - TƏFƏRRÜAT
Dünən, 09:49 |
|
|
|
• Amerika tərəfi ilə "Tramp yolu" ilə bağlı müzakirələr planlaşdırılır - Ermənistan XİN
Dünən, 09:45 |
|
|
|
• Etibar Məmmədov aktiv siyasətə qayıda bilər - AÇIQLAMA
Dünən, 09:25 |
|
|
|
• Rusiya prosesdən kənarda qaldığını yaxşı dərk edir... - ONA GÖRƏ DƏ...
Dünən, 09:21 |
|
|
|
• Paşinyanın təyyarəsi Azərbaycanın hava məkanına daxil olarkən… - AKTUAL
Dünən, 09:19 |
|
|
|
|