Əsas Səhifə > Sosial, Manşet > “Azərboru” ASC zavodunun fəhlələri rəhbərliyə qarşı
“Azərboru” ASC zavodunun fəhlələri rəhbərliyə qarşı28-09-2015, 11:34 |
DİA.AZ: - Redaksiyamıza Sumqayıtda yerləşən “Azərboru” ASC zavodunun fəhlələri adından ürəkdağlayan bir müraciət daxil olub. DİA.AZ-ı zavodda işçilərin başına açılan oyunlardan hali etmək üçün müəssisəyə dəvət edən narazı fəhlələr yazır: ““Azərboru” adından Rasim Məmmədov açıqlama verərək bildirir ki, guya bu zavodda hər ay maaşlar vaxtlı-vaxtında verilir. Amma yalan danışır. Hansı ayın əməkhaqqısından danışdığını izah etsin”. Narazı fəhlələr diaaz.space-a yazır ki, az qala kriminal imic qazanmış bu şirkətin rəhbərliyinin verdiyi açıqlama onlarda heyrət yaradır: “Gəlin zavodumuza, görün, fəhlələr hansı ayın pulunu alacaqlar... Hörmətli prezidentimiz İlham Əliyev cənabları metallurgiya sahəsində çalışan əməkhaqqılarının ən azından 500 manat olması barədə qərar verib. Amma gəlin görün, biz nə qədər maaş alırıq... Rasim Məmmədov Ramazan bayramında ailələrimizi ac qoydu. Elə son olaraq Qurban Bayramını da biz ac olaraq boş süfrənin başında otruduq. Artıq neçə bayramdır ki, biz bayramı yas kimi qeyd edirik”. Daha sonra diaaz.space-a müraciətlərində narazı fəhlələr soruşur: “Bu şirkətin işçilərə maaş verməyə pulu yoxdursa, İrana necə sərmayə yatırır?” Bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |