Əsas Səhifə > Sosial, Manşet > Daha bir bankir böyük maliyyə qalmaqalına "qurban gedir"...
Daha bir bankir böyük maliyyə qalmaqalına "qurban gedir"...19-09-2015, 11:30 |
DİA.AZ: - "Əmrahbank" ASC-nin Sahil filialının direktoru Rəmiyəddin Məmmədovun başı dərddədir. Bu haqda DİA.AZ-aa etibarlı mənbələrdən məlumat daxil olub. Amma həmin məlumatlara keçməmişdən öncə adıçəkilən şəxsin "Kapital Bank"ın Sabunçu rayonunda yerləşən 2 saylı filialının müdiri vəzifəsində işləyərkən törətdiyi qanuna zidd işləri xatırlatmaq istəyirik. DİA.AZ xatırladır ki, 2008-ci ilin sonunda "Kapital Bank"ın Sabunçu rayonundakı 2 saylı filialının müdiri bankda kredit şöbəsinin müdiri işləyən Faiq Məmmədovun yaşadığı evə gələrək banka 180-200 min manata qədər borcu olduğunu və yoxlama gələcəyi üçün pulun ödənilməsində ona kömək etməsini xahiş edib. O Məmmədovlara məxsus 4 evi girov qoyaraq ümumilikdə 600 min manata yaxın pul mənimsəyib. Həmçinin müəyyən edilib ki, filial rəhbəri xəzinədar məzuniyyətdə olduğu vaxt 149 min manatla bağlı sənəd hazırlayıb və xəzinədarın yerinə öz imzasını çəkib. Bununla da qanunsuzluğa yol verib. Adı külli miqdarda yeyintidə hallandırılan bank müdiri bu günə kimi istintaq məsuliyyətinə cəlb olunmayıb. Onun özbaşına əməllərinin qurbanına çevrilmiş Faiq Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Əldə etdiyimiz yeni məlumatlara görə, Rəmiyəddin Məmmədov köhnə iş yerindəki nöqsanlarını "Əmrahbank"ın Sahil filialında da təkrarlayır və bankın müştərilərinin burdan narazı getməsinə səbəb olur: "Rəmiyəddin Məmmədovdan əvvəl vətəndaşlar bu filialdan rahat şəkildə kredit götürürdülər. İndi filialdakı ab-hava tamamilə dəyişib. Bankdan müəyyən məbləğdə kredit götürmək istəyən şəxslər bunun qarşılığında mütləq əlini cibinə salmalıdır. Əks halda, bank müdiri onlara kredit vermir". Deyilənə görə, "Əmrahbank"ın Sahil filialında şübhəli pul köçürmələri və qaranlıq maliyyə əməliyyatlarının sayı son vaxtlar artıb. Bu barədə diaaz.space yaxın vaxtlarda yeni məlumat verəcək.. Bu arada, adı 600 min manatlıq mənimsəmədə çəkilən bank müdirinin istintaqa cəlb olunacağı haqda söhbətlər yayılmağa başlayıb. Bu və digər maraqlı faktlar haqqında yaxın günlərdə geniş araşdırma yazısı dərc edəcəyik. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |