Əsas Səhifə > Sosial, Manşet > Sürücülərdən təklif: "Ekologiya postu" ləğv olunsun...

Sürücülərdən təklif: "Ekologiya postu" ləğv olunsun...


14-09-2015, 09:05
Sürücülərdən təklif: "Ekologiya postu" ləğv olunsun...
DİA.AZ: - Keçən həftə məlum olduğu kimi KİV təmsilçilərindən bir qrupu Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən ikimərtəbəli müasir qatarda səfər edib və yeni texnika ilə tanış olub. Qeyd edək ki, hərəsi 396 sərnişin tutan 4 vaqondan ibarət elektrik qatarı sərnişinləri bir istiqamətə 40 dəqiqəyə çatdırıb. Biletlərin qiyməti hələlik 70 qəpik müəyyənləşdirilib.

Sürücülərdən təklif: "Ekologiya postu" ləğv olunsun...

DİA.AZ bildirir ki, hər halda, bu addımın dövlətin Bakı-Sumqayıt yolundakı TIXAC probleminin aradan qaldırılması üşün ilk təşəbbüsü olmadığını da bilirik. Buna qədər və elə hazırda da qeyd olunan yol istiqaməti üzərə əlavə tunellar tikilmiş, yollar genişləndirilmiş və günü bu gün dəö oxşar tədbirlərə böyük pullar yatırılır.

Amma DİA.AZ-a müraciət edən sürücülər həmin yoldakı ənənəvi tıxac probleminin aradan qaldırılması üçün ciddi rol oynayacaq ilginc təklifdə bulunublar.

Sürücülərdən təklif: "Ekologiya postu" ləğv olunsun...

Müraciət müəllifləri qeyd edirlər ki, hazırda Bakı-Sumqayıt tolunun üstündə fəaliyyət göstərən və sürücülərin "ekologiya postu" kimi tanıdığı DYP məntəqəsi əslində tıxacın yaranması və formalaşmasında, davamiyyətli olmasında mühüm rol oynayır.

Sürücülərin sözlərinə görə, yolun Sumqayıtdan gələn istiqamətində olmasına rəğmən həm də yolun əks istiqamətində də səyyar post kimi fəaliyyət göstərən "ekologiya postu"nun əməkdaşları eyni zamanda hər iki hərəkət istiqaməti boyunca ciddi tıxacın yaranmasına şərait yaradırlar.

Sürücülərdən təklif: "Ekologiya postu" ləğv olunsun...

Sürücülər diaaz.space-a yazır: "İstər-istəməz postda hərəkət sürəti aşağı salınır ki, bu da əslində magistral yol əhəmiyyətini daşıyan sözügedən istiqamət üçün heç də doğru qərar deyil. Bununla yetinməyən DYP işçiləri əlavə olaraq, bəlkə də qanunsuz olaraq postla üzbəüz - yolun əks istiqamətində də sürücüləri qanunsuz olaraq saxlayırlar ki, nəticədə onsuz da DYP işçilərini görərək sürücülərin sürətlərini azaltması nəticəsində yaranan tıxac daha da uzunmüddətli olur".

Sürücülər çıxış yolu kimi o qədər də zəruri olmayan məlum postun ləğvini Azərbaycan dövlətinə təklif edirlər.

Müzakirə üçün digər maraqlı təklifləri də işıqlandırmağa hazırıq...

Geri qayıt