Əsas Səhifə > Sosial, Manşet > İTTİHAM: İndi də təhsilə ayrılan pulu Mikayıl Cabbarov öz qohumlarına yedirir...

İTTİHAM: İndi də təhsilə ayrılan pulu Mikayıl Cabbarov öz qohumlarına yedirir...


23-07-2015, 09:58
İTTİHAM: İndi də təhsilə ayrılan pulu Mikayıl Cabbarov öz qohumlarına yedirir...
DİA.AZ: - Nizami rayonunda yerləşən 238 saylı Namiq Həmzəyev adına orta məktəbin təmirində külli miqdarda dövlət vəsaiti mənimsənilib. Bu barədə DİA.AZ-a daxil olan məlumatda deyilir:

Xəbər müəllifləri iddia edirlər ki, təmir işlərindən sonra məktəbə alınan avadanlıqlar təhsil naziri Mikayıl Cabbarova məxsus firmanın xətti ilə həyata keçirilib. diaaz.space-a daxil olan məlumatda daha sonra deyilir: “Alınan avadanlıqlar keyfiyyətsiz, məktəbdə aparılan təmir çox aşağı səviyyədə aparılıb. Məktəbin təmirini həyata keçirən şəxslər təhsil nazirinin yaxınları, fəhlələr isə günəmuzd çalışanlar olub. Məktəbdə oxuyan şagirdlərin digər məktəblərə köçürülməsi vaxtı valideynlərə bildirilib ki, 238 saylı məktəbdə dərslər bir növbəli olacaq. Bu səbəbdən şagirdlər digər məktəblərə köçürülür. Əlavə korpusun tikintisi həyata keçiriləcək. Məktəb təmirlidir, əlavə təmir edilməyəcək, sadəcə yeni korpus tikiləcək”.

diaaz.space-a xəbəri verən qaynaq təhsil nazirinə ittihamlarını bununla da yekunlaşdırmır: “Mikayıl Cabbarovun təhsillə bağlı danışdığı “fikirlər” bitmədiyi kimi, 238 saylı məktəbdə də yeni korpus, yalan üzərində olub, yarımçıq saxlanılıb. Tikintidə çalışan aparıcı şəxslərdən biri danışıq zamanı bildirib ki, yeni korpusun tikintisinə ayrılan vəsait nazir tərəfindən...

Bu səbəbdən yeni korpusun tikintisini davam etdirmək üçün əlavə vəsait lazımdır. Hətta, ola bilsin növbəti dərs ilində məktəbdə çalışan müəllimlərdən, o cümlədən orada oxuyan şagirdlərin valideynlərindən müxtəlif adlar altında pul yığılsın, tikinti aparılır adını qoymaq üçün görüntü yaradılsın. Bununla da əsəbləri tarimara çəkilmiş valideynlər təkrar aldadılsın. Mikayıl Cabbarovun planının baş tutub-tutmayacağını bilmirik. Bircə onu bilirik ki, Nizami rayonunda yerləşən 238 saylı məktəb üçün tikilən əlavə korpusun pulu ortada yoxdur, tikinti yarımçıq qalıb”.

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt