Əsas Səhifə > Sosial, Manşet > Bir şəhidin haqqı yeyilir, bir əsgərin isə ömrü...

Bir şəhidin haqqı yeyilir, bir əsgərin isə ömrü...


13-07-2015, 09:50
Bir şəhidin haqqı yeyilir, bir əsgərin isə ömrü...
DİA.AZ: - Ucar rayonu S.Vurğun küçəsi ev 8 sakini Hüseynov İlqar Qulamhüseyn oğlu yuxarı instansiyalara şikayət ərizəsi ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mənim oğlu 1996-cı il tarixdə anadan olmuş Razi Hüseynov 01 mart 2015-ci il tarixdə həqiqi hərbi xidmət keçən zaman düşmən erməni gülləsi nəticəsində şəhid olsada ona şəhid adı verilmir.Oğlumun erməni gülləsi nəticəsində ölməsini təsdiq edən konkret subutlar da var.Ancaq oğlumun ölümünü öz əsgər yoldaşının üstünə qoyub onu 12 il müddətində azadlıqdan məhrum etmə cazası ilə məhkum ediblər ki, bu şəhid ruhuna təhqqirdir.

Belə ki, 01 mart 2015-ci il tarixdə 707 saylı hərbi hissəsinin "Qala" postunda saat 12;00-da döyüş növbətçiliyini mənim oğlumla əsgər Emiln Bağırovu, əsgərlər Tağıyev Cəfər İlqar oğlu və Paşayev Hüseyn Məmməd oğlu ilə dəyişmişdilər. Bundan bir neçə dəqiqə sonra oğlum Razi Hüseynov sifət nahiyəsindən dəymiş güllə yarasından dünyasını dəyişmişdir.Oğlumun ölümünü isə belə izah etdilər ki, guya postu təhvil verdikdən sonra oğlum həmin posta yaxınlaşmış və postda olan əsgər Hüseyn Paşayevin naməlum şəxs bilib onun tərəfə atdığı güllə yarasından dünyasını dəyişmişdir.Anca əslində isə oğlumu erməni atıcısının atdığı güllə öldürmüşdür.Hərbi qanunlara əsasən döyüş postunu dəyişmiş əsgərlər həmin əraziyə öz başına gələ bilməzlər. Həmçinin naməlum şəxslərin posta yaxınlaşması halı baş verdikdə postda olan hərbiçi bir neçə dəfə xəbərdarlıq etməli, zərərət olduğu təqdirdə göyə atəş açmalı və hücum ediləcəyi təqdirdə naməlum şəxsə atəş açmalıdır.Günün-günorta vaxtı postda olanın öz əsgər yoldaşını tanımaması, ölümə səbəb olmuş güllə gilizinin hadisə yerindən tapılmaması yalandır.Bütün hallarda oğlumun ölümünə səbəb olmuş güllənin gilizi postun içərisində düşüb qalmalı idi.Həmin gilizin yoxa çıxması, həmin yerdən tapılmaması tam əsassızdır, yalandır..Burada məqsəd ancaq hərbi hissə rəhbərliyinin özbaşınalığının, qanunsuzluğunun üstünü ört-basdır etməkdir".

Daha sonra narazı vətəndaş diaaz.space-a yazır: "Postu təhvil vermiş əsgərin nəzarətsiz olaraq posta getməsinə görə məsul vəzifəli zabitlərin məsuliyyətsiz qalıb, güllənin gilizi tapılmır.Məhkəmədə də bildirdim ki, mənim oğlumu erməni atıcısı (snayper) öldürüb buna görədə güllənin gilizi orada ermənilər tərəfdə qalıb. Əsgər Hüseyn Paşayevin heç bir günahı yoxdur.Obyektiv araşdırsınlar əgər günahı varsa ona ağır cəza verilsin. Ancaq bilirəm ki, mənim oğlum düşmən mövqeyi tərəfindən düşmən atıcısı tərəfindən atılan güllə ilə qətlə yetirilib. Snayper gülləsi olduğu üçün üz nahiyəsindən dəlib keçmiş və yaraların yeri çox kiçik olmuşdur.Əgər təqsirləndirilən şəxs əsgər Hüseyn Paşayevin dediyi kimi 6 metrlik məsafədən AK-74 markalı avtomat silahından açılan güllə dəysəydi güllənin çıxdığı yer çox dağıdıcı olardı.Bu cinayət işinin həm ibtidai, həm də məhkəmə istintaqları qondarma, yalan, saxta ekspert rəyləri,yalan ifadələrlə aparılmışdır.Əsgər Hüseyn Paşayevi isə yalan ifadə verməyə işgəncə ilə məcbur ediblər.Azərbaycan tarixində bəlkədə ikinci belə bir saxta, qondarma cinayət işi, məhkəmə hökmü olmamışdır.Mənim oğlum Razi Hüseynov düşmən mövqeyi tərəfindən xüsusi təlim keçmiş snayper tərfindən qətlə yetirilmişdir. Buna görə də ona şəhid adı verilməlidir.

Mənim oğlum torpaq,vətən uğrunda şəhid olub.O ailənin yeganə oğlu idi.İndi bizi iki şey sarsıdıb, oğlumuzun həlak olması və saxtakarlıqla onun şəhid adının batırılması.Buna görə də mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti , Ali Baş Komandan cənab İlham Əliyevə müraciət edirəm. Cənab Prezident mənim oğlum Razi Hüseynovun erməni gülləsi nəticəsində şəhid olmasını təsdiq edən konkret subutları müəyyən vəzifəli şəxslər gizlədib həm Sizi , həm də bizim ailəni aldadırlar.Buna görə də Sizdən çox-çox xahiş edirəm bu qanunsuzluq faktını şəxsən obyektiv araşdırıb , düşmən gülləsi nəticəsində dünyasını dəyişmiş oğlum Razi Hüseynova şəhid adının verilməsinə tapşırıq verəsiniz.Mənim oğlum vətənə xidmət keçən zaman düşmən gülləsi nəticəsində şəhid olub.And verirəm şəhidlərin müqəddəs ruhuna ədalətin bərpa edilməsinə kömək olun".

Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Geri qayıt