Əsas Səhifə > Sosial, Manşet > İcra başçısı Şamaxı sakinlərini üsyan həddinə çatdırıb
İcra başçısı Şamaxı sakinlərini üsyan həddinə çatdırıb18-03-2015, 10:52 |
DİA.AZ: - «Şamaxı rayon icra hakimiyyətinin başçısı biz sahibkarları incidir və bu vəziyyət davam edərsə, rayondan keçən bütün magistral yolları bağlamalı olacağıq». Bu sözlər DİA.AZ-a daxil olan və bir qrup şamaxılı sahibkar tərəfindən imzalanmış müraciətdə yer alıb. Yazılan müraciətdə qeyd olunur ki, Şamaxı RİH başçısı Asif Ağayev yerli sahibkarlardan hər addımbaşı səbəbsiz olaraq pul tələb edir ki, bu da rayonda böyük narazılıqla qarşılanmaqdadır. Sahibkarlar diaaz.space-a yazır: «Biz prezidentimiz İlham Əliyevin yolunda başımızı qoyan insanlarıq. Amma bu rayona rəhbərlik edənlər sarıdan bəxtimiz gətirməyib. Asif Ağayev də köhnələri kimi oldu. Rayonu büsbütün iri məmurlara verib, yerdə qalan torpaqlar hesabına dolanışığını güc-bəla təmin edən binəva şamaxılılar üstəlik başçının yersiz pul tələb etmələrindən əziyyət çəkir». Sahibkarlar iddia edir ki, artıq bununla bağlı başçının adamlarına da xəbərdarlıq ediblər: «Rayona girən-çıxan bütün yolları kəsəcəyik ki, qoy haq səsimizi eşitsinlər. Bizə yeni başçı göndərsinlər… Xalqa işləyə bir başçı»… Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq… Geri qayıt |