Əsas Səhifə > Sosial, Manşet > Ermənistanın müdafiə nazirinə şok müraciət ünvanlandı - Erməni ordusunda əsgərlər bir-birilərini zorlayır

Ermənistanın müdafiə nazirinə şok müraciət ünvanlandı - Erməni ordusunda əsgərlər bir-birilərini zorlayır


13-03-2015, 11:07
Ermənistanın müdafiə nazirinə şok müraciət ünvanlandı - Erməni ordusunda əsgərlər bir-birilərini zorlayır
DİA.AZ: - Ermənistan ordusundakı biabırçı durumla bağlı erməni mətbuatında düşmən ölkənin müdafiə naziri Seyran Ohanyana ünvanlanmış şok bir məktub yayılıb.

DİA.AZ bildirir ki, Ermənistanın məşhur «tert.am» saytında yer alan məktubda bildirilir ki, erməni ordusunun əsgərləri bir-birilərini zorlayır, təcavüz edir, orduda zorakılıq halları adi yaşantı tərzinə çevrilib.

Ermənistanın müdafiə nazirinə şok müraciət ünvanlandı - Erməni ordusunda əsgərlər bir-birilərini zorlayır

diaaz.space olaraq həmin yazının linkini təqdim edirik:

http://www.tert.am/files/ru/news/2015/03/arm/17898745.html

DİA.AZ həmin məqalənin tərcüməsini də təqdim edir:

"Mən sadə bir adamam. Erevan şəhərində yaşayıram. Evim işim normal heyatım, normal yaşamaq üçün ortabab qazancım da var. Ordu ilə bağlılığım o qədər sıx da deyil. Uşaqlar balaca, özüm də çoxdan slujba edib qutarmışam. Sizə bu məktubu yazmağa səbəb bu yaxınlarda Bedzor Gorus marsrutu ilə Erevana qayıdanda avtobusda baş leytenant Samvellə olan söhbətim oldu. Nə qədəri düzdü nə qədəri çətinliklərdən bezən zabitin uydurmalarıdır bunun babalı onun boynuna. Mən ancaq yadımda qalanları sadalamağa çalışacağam. Qaraqabaq, çoxda təzə olmayan, yarımnimdaş hərbi geyimdə yanımda oturan Samvelə sok içməyi təklif etdim. Ordan burdan, danışığımız yavaş yavaş alındı. Yol uzun idi, ona görə söhbət etməyə dostatoçno vaxt var idi. Samvel ali təhsillidir. Deyəsən mühəndisdir. İl yarım xidmətə gəlib zabit kimi. Əvvəl ehtiyyatda olan leytenant olub. Xidmətə gələndən 8 ay sonra baş leytenant rütbəsi alıb. Bir neçə günlüyə Erevana gedir. Dedi nişanlıdır. Amma toy eleməyə tələsmir. Aziklər son vaxtlar çox aktiv olublar,başımızı qaldırmağa imkan vermirlər. Bilmək olmaz nə olacaq sabah. Sağ salamat qalsam qayıdııb toy edərəm Aziklərin öldürməsi bir yana gündə də bir başqa zibil çıxır. Heç bilmirik nəyin dərdinə qalaq.
- Nədi ki, yəni o qədər çətindi? Deyə soruşanda Samvel bir az fasilə verdi sanki nə deyəcəyini çək çevir edirmiş kimi, gözünü zilləmişdi patoloka.
- Bilirsən çətinlik çort s nim dözmək olar birtəhər. Amma prosşestviyalar bezdirib adamı. Bəzən elə bəs deyirsən dəli olacaqsan. Bu oğraşların əlindən də lap boğaza yığılmışıq. Gündə bir şeyə pul yığırıq. Ölənlərə pul yığmaqdan abırımız gedib. Əsgərin atası, bir azda cax-çux olmasa büzim dolanışığımız müşküldü. Bir birlərin döyən zorlayan, əşyasın oğurlayan, dedavşina. Deyirəm də vəzifələrim qalıb bir yana, ancaq svoloç soldatın zibillərini araşdırmaqdan, prokraturaya izahat yazmaqdan bezmişik. Əslində əsgərləri də qınamaq düzgün deyil ee. Yazıqlar it günündədirlər. Neynəsin? Hamısı dözə bilmir. Bəziləri axşam postda duranda bi balaca səs küy olanda tumanın batırır qorxudan. Yanvarın 8-də kənddə bir əsgər səngərin üstünə çıxan əsgər yoldaşını qorxudan vurub yaralamışdı, yola saldıq xəstəxanaya. Öldü, qaldı boq znayet. Balayan adlı bir oğraşı da vardı keçən ay heç nəyin üstündə Əsgəranda Qriqoryanı vurdu öldürdü. Bu Arenin nəsə adamları güclü idi. İşi ört basdır etdilər getdi heç cox açıb ağartmadılar. Oformit elədilər guya aziklər atanda başın qaldırıb güllə dəyib.
Hayrepetyan adlı bir əsgər vardı əclaf gədə çətinliyə dözəmmiyib . Komisovat olmaq üçün özünü vurmuşdu qarnından. Agır idi, göndərdik qospitala.
Fevralın 7-də Seyran adlı bir əsgəri yerli erməni əsgərlər o qədər döymüşdülər qospitala göndərməyə məcbur olduq. Erevana göndərmədılər ki, valideyinləri səs-küy qaldırarlar.
- Bəs yerli camaat necə sizə kömək edir.? Deyə soruşmağım onu yaman güldürdü. Ay martes nə yerli adamdan danışırsan, yaşıyan var Qarabağın kəndlərində, hələ qaldı bizə kömək edə. Bir iki qoca, xəstə, qaçıb getməyə imkanı olmayan yazıqlardı. Onlar da qalıb öz hayına. Nə kömək? Biz qalmışıq Allahın ümüdünə. Ölənləri gizlədirlər.
Samvelə qulaq asdıqca, onun kimi, mənim də qanım qaralırdi. Əgər onun dediyinin, danışdıqlarının yarısı düzdürsə kül millətin başına. Biz də deyirik ordumuz var. Bu ordu deyiree. Bu öz canının halına qalanların məcburi bir yerə toplandığı bardakxanadır. Əgər belədirsə, vay bizim halımıza.
Bilirəm dərc etməyə duxunuz çatmayacaq, ancaq yenə də ürəyimi boşaltmaq üçn sizə göndərdim. Nə vaxtsa mənim oğlum, ya da qohum uşaqları da bu “tərifli orduda” xidmət etmək məcburiyyətindədirlər axı.
Hörmətlə Vazgen Poqosyan"

Geri qayıt