Əsas Səhifə > Sosial, Manşet > Qanunsuzluq: Göyçayda məmur rəhmətə getmiş şəxsin ailəsinə necə fırıldaq gəlir

Qanunsuzluq: Göyçayda məmur rəhmətə getmiş şəxsin ailəsinə necə fırıldaq gəlir


12-03-2015, 09:43
Qanunsuzluq: Göyçayda məmur rəhmətə getmiş şəxsin ailəsinə necə fırıldaq gəlir
DİA.AZ: - Göyçay Rayonu Şəhriyar küçəsi ev 10 mənzil 36 sakini Hacıyeva Məlahət Alı qızı redaksiyamıza şikayət ərizəsi iləmüraciət edib. Narazı vətəndaş DİA.AZ-a yazır:

“Göyçay Sukanal İdarəsinin rəhbərliyi fırıldaqla bizim ailənin pulunu mənimsəyib ki, indi öz qanunsuz əməllərinə don geyindirməyə çalışırlar. Belə ki,yaşadığım ünvanda sayğac olmasa da, içməli suya görə ailə başına pul ödəyirik.

Buna görə Göyçay Sukanal İdarəsi həyat yoldaşımla hər il 1 illik müqavilə bağlayırdı. Həyat yoldaşım 24.07.2014-cü il tarixdə rəhmətə getdi deyə 7 aylıq pulu ödəməmişdik. Həyat yoldaşımın rəhmətə getməsindən və vəzifə səlahiyyətlərindən sui-istifadə edən Göyçay Sukanal İdarəsinini rəisi qanunsuz olaraq bizə 2011-ci ilin debütor borc yazmışdı”.

Daha sonra yerli sukanal idarəsindən şikayət edən Göyçay sakini diaaz.space-a yazır: “Guya mərhum həyat yoldaşın 2012, 2013 - illərin hamısının və 2014- cü ilin son altı ayının su pulunu ödəyib, ancaq 2011-ci ilin pulunu ödəməyib. Bu qanunsuzluğu Göyçay Sukanal İdarəsinin rəisi utanmadan etmişdir.

Hansı ki, şəxsən həyat yoldaşım su pulu yığanlara ödəmişdir. Onlar tamah məqsədi ilə bu saxtakarlığı etmişdilər. Mən bu barədə şikayətlər etmişəm və inanıram ki,obyektiv araşdırılıb bu saxtakarlar barəsində qanunu tədbirlər görüləcək. İnanıram ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edib saxtakarlığla məşğul olan bu saxtakarların cəzasını müfaviq orqanlar verəcəklər”.

Qarşı tərəfi də dinləməyə hazırıq...
Qanunsuzluq: Göyçayda məmur rəhmətə getmiş şəxsin ailəsinə necə fırıldaq gəlir

Geri qayıt