Əsas Səhifə > Sosial, Manşet > Dolların bahalaşması Azərbaycan vətəndaşına yaxşı nəsə vəd etmir

Dolların bahalaşması Azərbaycan vətəndaşına yaxşı nəsə vəd etmir


21-02-2015, 11:23
Dolların bahalaşması Azərbaycan vətəndaşına yaxşı nəsə vəd etmir
DİA.AZ: - Az əvvəl Mərkəzi Bank əslində bütün ölkə üçün çox ciddi fərqliliklər vəd edən mühüm bir qərarı açıqladı. Belə ki, Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib.

DİA.AZ bildirir ki, bank məlumatında bu qərarın milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edildiyini açıqlayıb.

“Manatın məzənnəsinin korreksiyası həmçinin xarici ticarət tərəfdaşımız olan əksər ölkələrin milli valyutalarının son dövrlərdə əhəmiyyətli ucuzlaşmasının milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərini neytrallaşdırmağa yönəlib. Mərkəzi Bank müəyyən edilmiş dəhliz çərçivəsində valyuta bazarında iştirakını davam etdirəcək”, - deyə bəyanatda vurğulanır.

Amma əslində bunun çox ciddi böhranla müşaiyət olunacağı heç şübhəsizdir. Hər halda, Azərbaycanın hazırki imkan və potensialı belə bir bahalaşmanın gündəmdən çıxarılmasına şərait yaradırdı. Amma nədənsə rəsmi dairələr dolların bahalaşması qərarını qəbul etdilər.

Bununla bağlı diaaz.space-a danışan ekspertlər də təsdiqləyirlər ki, Azərbaycanda belə bir qərarın verilməsi bahalaşmaya gətirib çıxaracaq: «Manatın kursunun qorunması dövlətin dünənə qədər başlıca siyasəti idi. Lakin indi atılan addım dollar və dollarla alınan məhsul asılılığını daha da artırmış olacaq. Nəticədə idxal bahalaşacaq ki, bu da sıravi vətəndaşlar üçün yaxşı nələrisə vəd etmir».

Geri qayıt