Əsas Səhifə > Sosial, Manşet > Bir kollec rəhbəri ilə bağlı şok ittihamlar: Astara təhsilində rəzalət
Bir kollec rəhbəri ilə bağlı şok ittihamlar: Astara təhsilində rəzalət16-02-2015, 09:00 |
DİA.AZ: - Redaksiyamıza “Astara Yeni Nəsil ziyalılar cəmiyyəti”nin sədri Əsəd Əliyevin imzası ilə ilginc faktların yer aldığı bir məqalə göndərilib. DİA.AZ bildirir ki, həmin məqalədə Astara pedaqoji kolleci ilə bağlı konkret ittihamlar səsələndirilib. Və bəri başdan bildiririk ki, qarşı tərəfin də sözügedən iddialarla bağlı münasibətlərini işıqlandırma hüququ var. diaaz.space olaraq həmin məqaləni təqdim edirik: “Astara pedaqoji kollecində müəllim-tələbə ünsiyyəti qeyri-şəffaf vəziyyətdədir. Kollecin sabiq direktoru Əlihəsən Həmzəyev Baş Prokuror Korrupsiyyaya qarşı mübarizə idarəsinin əməliyyatçıları tərəfindən həbs olunduqdan sonra kollecə rəhbərlik qardaşı Əliheydər Həmzəyev edir. Əliheydər Həmzəyev kollecdə şöbə müdiri işləyir.Qardaşı həbs olunduqdan sonra vəzifə başına keçərək bir-bir tələbə və müəllimlərə qorxu gələrək qardaşı haqqında heç yerə məlumat verməməyi əmr edir. Əlihəsən Həmzəyev vəzifəyə gəlməmişdən qabaq rayonda siyasi işlərə rəhbərlik etmiş, Talış partiyasının lideri Əlikram Hümbətov və öz qohumları Hilal Məmmədovla birləşərək hakimiyyət çevrilişi etmişlər. Astarada texnikum yaranandan Əlihəsən Həmzəyev müavin işləməyə başlayır.O vaxtlar texnikumun direktoru pakizə müəlliməni və onunla birlikdə bir neçə müəllimi texnikumdan qovdurmuşdur (bu söhbətləri kollecdə bədən tərbiyə müəllimi işləyən,hal-hazırda vətənindən didərgin olan Dadaş müəllim söyləmişdir) Əlihəsən Həmzəyev direktor keçən kimi Talış partiyasının fonduna külli miqdarda pullar köçürmüşdür. Əvvəllər Astara xalq cəbhəsinin fəal üzvlərindən olan Əlihəsən Həmzəyev sonradan varlanaraq özünə bir neçə villalar tikdirmişdir. Hal-hazırda həbs olunana qədər Əlihəsən Həmzəyevvə qardaşları qohumu “Talış muxtar respublikasının” yaradıcılarından biri Hilal Məmmədova pul vəsaiti köçürdür. Əlihəsən Həmzəyev saxta elmlər namizədi diplomunu almış və heç bir elmi-tədqiqat işi aparmamışdır. Əlihəsən Həmzəyev kollecə 2010-cu ildən etibarən saxta tələbə qəbulu aparmış və onlara diplom vermişdir.Çoxlu sayda qanunsuz tələbə köçürmələri aparmışdır.Kollec haqqında Əlihəsən Həmzəyevin qoyduğu bir neçə qanunuları qeyd edirəm: Astara pedaqoji kollecinin direktorunun qəbul otağına “elə-belə” girmək mümkün deyil.Kollecin girəcəyində qurulmuş mühafizə postundan “əlin boşdursa içəri keçə bilməzsən” formasında adamları içəri buraxırlar. Kənddən gələn və yaxud da pay-puş çanta ilə gətirən adamlar direktor Əlihəsən və şöbə müdirlərinin qapılarında çanta ilə dayanırlar.İçəri keçərkən artıq şərtlər müəyyənləşir: - 1həftəyə icazə-30manat - 1 aya icazə-200 manat - Axırıncı dərsdən evə getmək 20 manat - Fond pulu 30 manat - Yataqxanada qalmaq -30 manat Kollecdə 1400-ə qədər tələbə oxuyur, dərslərdə isə hal- hazırda 500-550 tələbə iştirak edir.Tələbələr pedaqoji təcrübəyə getmirlər.Təcrübənin qiyməti 100 manatdır. Qiyabi şöbənin müdiri hər ay qiyabiçiləri kollecə çağıraraq yoxlama yazı işinə 20 manat, kurs işinə isə 50 manatdan pul yığır. Dövlət imtahan pulları müəyyənləşib. Adi diplom 300 manat, fərqlənmə diplomu 500 manat.Təhsil müəssisəsinin direktoru isə uzun müddətdir vəzifədə olan fəlsəfə elmləri doktoru Əlihəsən Əli oğlu Həmzəyevdir. Neçə illərdir direktor işləyən şəxsə bu zaman kəsiyində bircə dəfə də olsun "gözün üstə qaşın var" deyən olmayıb. Təhsil müəssisəsində problemlər göz çıxarsa da, direktor bundan narahatlıq hissi keçirmir. Bizə çatan məlumatlara görə, kollecdə təhsil alan tələbələr qış və yay semestrləri öncəsi şöbə müdiri və direktoru mütləq "görməlidirlər": "Bura təzə daxil olan tələbələr ilk öncə vəziyyətdən xəbərdar olmurlar.Əlihəsən Həmzəyevin Astaradakı istirahət pansionatından hamının xəbəri var. Dəniz kənarında yerləşən bu istirahət pansionatının uzunluğu 1000 metrdir. Bakıda müxtəlif yerlərdə 5 otaqlı mənzillər alan Əlihəsən Həmzəyev var-dövlətini hara aparır?Vaxt keçdikcə onlar kollecdəki sistemə uyğunlaşırlar. Müəllimlər tələbələrə dilləri ilə deyir ki, əziyyət çəkib dərs oxumayın, onsuz da direktor sizi imtahandan keçirməyəcək. Həqiqətən də, belədir. Direktor ixtisas rəhbərlərinə və müəllimlərə dəfələrlə tapşırıb ki, heç bir tələbəyə "şirinlik" olmadan qiymət yazmasınlar. Neçə dəfə olub ki, direktora "hörmət" etməyən tələbələr imtahanlardan kəsiliblər. Bu, ənənə halına çevrilib. Burda pedaqoji kadr hazırlığı aşağı səviyyədədir. Tədris olunan ixtisaslarda savadlı müəllimlər azlıq təşkil edir. İbtidai sinif səviyyəsində savadı olmayan insanlar kollecdə müəllim işləyir.Onları direktor nəyinsə müqabilində işə qəbul edib. Tələbə kontingenti arasında təhsil ocağının rəhbər heyyətinə qarşı inamsızlıq var. Uşaqlar oxuyub savad almaq istəsələr də, buna imkan vermirlər. Fənn-tədris kabinetləri istənilən səviyyədə deyil. Kitabxana və kompyuter mərkəzində də vəziyyət eynidir". Əldə etdiyimiz bilgilərə görə, sözügedən kollec normal səviyyədə ibtidai sinif müəllimləri yetişdirə bilmədiyi halda, ayrıca xarici dil ixtisasları açıb. İki il müddətinə ingilis dili müəllimləri hazırlayan təhsil ocağı birmənalı olaraq Azərbaycan təhsil sisteminin qəsdinə dayanıb. Qeyd edək ki, Astara Pedaqoji Kollecində ətraf rayonlardan olan tələbələr də təhsil alır. Bunların içərisində Astara, Masallı və Biləsuvar rayonundan olan tələbələr daha çox üstünlük təşkil edir. Həmin tələbələr üçünsə Astarada oxumaq ikiqat xərc tələb edir.Çünki onlar həm burda kirayə ev pulu ödəyirlər, həm də imtahanları "yola verirlər””. Geri qayıt |