Əsas Səhifə > Sosial, Manşet > «Lamiyə işi»ndən sivişməyə çalışan Mədət Quliyev üçün qurtuluş yolu
«Lamiyə işi»ndən sivişməyə çalışan Mədət Quliyev üçün qurtuluş yolu13-02-2015, 10:21 |
DİA.AZ: - Neçə müddətdir ki, başı cəncəldə olan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi Mədət Quliyev birtəhər vəziyyətdən çıxmağa çalışsa da, yenə də situasiya onun əleyhinə işləməkdədir. Bu barədə DİA.AZ-a nazirlikdəki mötəbər mənbələr informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, Mədət Quliyev «Lamiyə işi» ilə yanaşı, həbsxanada qətlə yetirilən Elşad Babayevin məsələsində ictimaiyyətin gözündən ciddi şəkildə salındığından onun indii özünə yenidən reputasiya qazanma cəhdləri heç də «yuxarılar» tərəfindən birmənalı qarşılanmayıb. Mənbənin diaaz.space-a söylədikləri: «Mədət Quliyev təbii ki, fərqli şəraitdə fərqli davranış sərgiləyərdi. Amma bu dəfə ünvanına səslənən ittihamlarla barışırmış kimi reaksiya verdi. Və ardından da müəyyən vaxtı ötüşdürərək, «izahat» və daha çox «bəraət» xarakteri daşıyan «izahat»lara meyilləndi ki, bu da ictimai rəydə nəzərdə tutulan effekti ərsəyə gətirmədi. Əksinə, Mədət Quliyevin bu gedişi «üzürü əməlindən betər» şəklində qiymət qazandı». Məhz bu səbəbdən Penitensiar Xidmət rəisinin hələ «kəfəni yırtmadığını» iddia edən qaynaq diaaz.space-a açıqlamasında onu da əlavə edib ki, Mədət Quliyev yeni yollar araşdırmaq zorundadır: «Xidmət rəisi kimlərisə cəzalandırmalı olacaq. İşdən atılanlar olacaq. Başqa yolu yoxdur. Əks halda bütün məsuliyyəti üzərinə dartacaq ki, bu da ona karyerası hesabına başa gələ bilər». Bütün bu iddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq… Geri qayıt |