Əsas Səhifə > Sosial, Manşet > Ağsu sakinləri icra başçısının əlində çarəsiz qalıblar - Bakıya etiraza gələcəklər

Ağsu sakinləri icra başçısının əlində çarəsiz qalıblar - Bakıya etiraza gələcəklər


5-02-2015, 10:17
Ağsu sakinləri icra başçısının əlində çarəsiz qalıblar - Bakıya etiraza gələcəklər
DİA.AZ: - Redaksiyamıza müraciət edən Ağsu sakinləri yenə də icra başçısının zülmündən şikayətçidirlər. Narazı vətəndaşlar DİA.AZ-a yazırlar ki, yerli RİH rəhbəri Ənvər Seyidəliyevin zülmündən yuxarı instansiyalara etdikləri müraciətlərə baxan yoxdur.

Sakinlər diaaz.space-a yazır:

«Ənvər Seyidəliyev toxunulmazdırsa, biz bunu bilək. Qohumu Səlim Müslümova güvəndiyindən rayonda kəsdiyi başa sorğu-sual yoxdur. Etdiyimiz şikayətlər, müraciətlər də Ənvər Seyidəliyevin öz üzərinə qaytarılır. Yəni biz ondan şikayət edirik, Bakıdan da həmin şikayət məktublarını baxılması üçün ona ünvanlayırlar.

Kim ağıl edər ki, Ənvər Seyidəliyev özündən olan şikayətlərə ədalətli baxıb, ədalətli qərar çıxaracaq?»

Ağsu sakinləri icra başçısının əlində çarəsiz qalıblar - Bakıya etiraza gələcəklər

Narazı vətəndaşlar diaaz.space-a müraciətlərində onu da bildirirlər ki, artıq rayon sakinləri Ənvər Seyidəliyevə qarşı Bakıda - Prezident Administrasiyasının və Milli Məclisin qarşısında etiraz aksiyası keçirməyi də planlaşdırırlar: «Bizim başqa yolumuz qalmır. Ənvər Seyidəliyev əgər belə qüdrətlidirsə, biz prezidentdən kömək istəyəcəyik. Milli Məclisdən kömək istəyəcəyik».

Sakinlərin sözlərinə görə, yaxın günlərdə rayon ağsaqqallarının və ziyalılarının adından prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə müraciətlərini yayacaqlar: «Bundan sonra da aksiyamızı keçirəcəyik».

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt