Əsas Səhifə > Sosial, Manşet > Rusiyaya qarşı sanksiyalar iki nüfuzlu Azərbaycan məmurunu da «vurdu»

Rusiyaya qarşı sanksiyalar iki nüfuzlu Azərbaycan məmurunu da «vurdu»


15-01-2015, 10:31
Rusiyaya qarşı sanksiyalar iki nüfuzlu Azərbaycan məmurunu da «vurdu»
DİA.AZ: - Rusiyanın sanksiyalarla üzləşməsi nəticəsində yaranmış problemlər təkcə rusları yox, həm də elə bizimkiləri hədəfə alıb. Burada söhbət illərdir öz ruzisini Rusiyanın çöllərindən çıxaran milyonlarla soydaşımızdan getmir. DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, sanksiyaların tətbiqilə yaranmış böhran Rusiyada biznesi olan azərbaycanlı məmurlardan da yan keçməyib.

Məlumatlı mənbənin diaaz.space-a söylədikləri: «Konkret olaraq Azərbaycanın iki nüfuzlu məmurunun Moskvadakı şirkətləri ciddi böhran keçirir. Onlardan biri Avropa bazarı üçün mebel avadanlıqlarının istehsalı ilə məşğul olan şirkətə, digəri isə eyni bazarda inşaat materiallarının satışını təşkil edən şirkətə sahibdirlər.

Məhz sanksiyalar səbəbindən artıq son 3 ay ərzində heç bir biznes münasibəti yürüdülmədiyindən məmurlarımız ciddi şəkildə maliyyə itkisinə uğrayıblar. Hətta onlardan biri şirkətini qaatma təhlükəsi ilə də üz-üzə qalıb».

DİA.AZ bildirir ki, Rusiyada yaşayan soydaşlarımızdan biri tərəfindən verilən məlumatda həmin məmurların adları çəkilsə də, bu barədə əlavə dəlil-sübutun olmaması səbəbindən daha ətraflı bilgiləri araşdırmalarımızdan sonra diqqətinizə çatdırmaq qərarını vermişik.

Bizi izləməkdə davam edin…

Geri qayıt