Əsas Səhifə > Sosial, Manşet > Amerikanın Azərbaycandakı səfirliyi ilə bağlı ilginc iddia səsləndi
Amerikanın Azərbaycandakı səfirliyi ilə bağlı ilginc iddia səsləndi6-01-2015, 17:00 |
DİA.AZ: - Redaksiyamıza ABŞ-ın Azərbaycandakı səfirliyi ilə bağlı ilginc bir informasiya daxil olub. DİA.AZ-ın elektron poçtuna daxil olan məlumatda qeyd olunur ki, son günlər rəsmi Bakı ilə Amerikanın münasibətlərinin gərilməsi bu ölkənin ölkəmizdəki səfirliyinin işinə də təsir edib. Məlumatlı mənbə diaaz.space-a açıqlamasında iddia edir ki, ABŞ səfirliyi Güney Azərbaycan əsilli bir neçə əslən Azərbaycan türkü olan şəxslərlə intensiv görüşlər keçirməyə başlayıb. Mənbə bu görüşlərin elə səfirliyin binasında keçirlidiyini iddia edir. Qeyd edək ki, məşhur «VikiLiks» təşkilatının açıqladığı faktlardan da aydın olurdu ki, ABŞ-ın ayrı-ayrı ölkələrdəki, habelə Azərbaycandakı səfirlikləri konkret olaraq bir casus şəbəkəsi kimi fəaliyyət göstərir. Hətta iş o həddədir ki, hər ay səfirlik tərəfindən ABŞ Dövlət Departamentinə olduqları ölkələrlə bağlı hesabatlar hazırlanıb, göndərilir. Məbənin diaaz.space-a söylədiyinə görə, ABŞ səfirliyinin son günlərdəki «fəallığı» da kifayət qədər şübhəlidir: «Doğrudur, ABŞ tərəfi Güney Azərbaycan türklərinə hər zaman xüsusi həssaslıqla yanaşıb. Amma bu dəfə intensivlik görünməmiş şəkildə olduğundan kifayət qədər cəlbedi\idir». Onu da bildirək ki, DİA.AZ olaraq ABŞ səfirliyinin də məsələ ilə bağlı mövqeyini öyrənməyə çalışacağıq. Hər halda, Güney Azəbaycan türkləri ilə təşkil olunan sistematik görüşlərin təkcə İran əleyhinə yönəlmədiyi bir faktdır. Geri qayıt |