Əsas Səhifə > Sosial, Manşet > Xalik Məmmədov Fətullah Gülənin Azərbaycandakı adamlarına sahib çıxıb

Xalik Məmmədov Fətullah Gülənin Azərbaycandakı adamlarına sahib çıxıb


30-12-2014, 10:52
Xalik Məmmədov Fətullah Gülənin Azərbaycandakı adamlarına sahib çıxıb
DİA.AZ: - Qardaş Türkiyədə Fətullah Gülən tərəfdarı olan nurçulara qarşı böyük bir basqı müşahidə olunsa da, Bakıda anoloji proseslər müşahidə olunmur. Halbuki rəsmi Ankaranın nurçulara qarşı ilk həmləsində Azərbaycan da eyni qaydada nurçu dairələrinə qarşı hücuma keçdi. Nurçuların məktəbləri bağlandı, nurçularla əlaqədə ittiham olunan məmurlar «vuruldu», hətta həbslər belə oldu.

Amma budəfəki dalğada rəsmi Bakı Ankaradakı olaylara ayaq uydurmadı. Və bu da fərqli qənaətləri ortaya çıxarmış oldu. Və elə DİA.AZ-ın əldə etdiyi bilgilər də təsdiqləyir ki, Azərbaycan hakimiyyətinin Fətullah Gülən camaatına aqressiyası yalnız sifariş xarakterli olub və rəsmi Bakı burada maraqlı tərəf kimi çıxış etmədiyindən prosesdə sona qədər görünməməkdədir.

diaaz.space-a daxil olan məlumatlara görə, bu gün Fətullah Gülənə yaxın şəxslərin ən çox sığındıqları ünvanlardan biri də Dövlət Neft Şirkətidir. Xatırladaq ki, hücumlara qədər ARDNŞ hətta Fətullah Gülən camaatının Azərbaycandakı təhsil müəssisələrini belə satın almışdı. Sonradan bundan imtina etməli oldu. Və aydın oldu ki, Rövnəq Abdullayev Fətullah Güləni Azərbaycanda zərərə soxmağa imkan vermədi. Yəni onun məktəblərini hücumlar ərəfəsində satın almaqla, özünü hədəfə çevirdi. Daha dəqiqi, Azərbaycan dövlətini… Çünki həmin məktəblər sonradan əl dəyişdirdi, bağlandı…

diaaz.space-ı bilgiləndirən mötəbər mənbə iddia edir ki, Dövlət Neft Şirkətinin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti postunu tutan Xalik Məmmədov bu gün Fətullah Gülənə yaxın şəxsləri ARDNŞ-də himayə edən əsas fiqurdur. Mənbənin söylədikləri: «Elə buna görə də bu gün nurçular ARDNŞ-də əməlli-başlı şəbəkələşiblər. ARDNŞ strukturlarında yerləşdirilməyən nurçular da elə şirkət tərəfindən kənarda himayə olunur. Və nəticədə bu gün qardaş Türkiyədə təhlükəli qüvvə kimi dəyərləndirilən nurçuların Azərbaycandakı biznesləri əvvəlki axarında inkişaf etməkdədir».

Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…

Geri qayıt