Əsas Səhifə > Sosial, Manşet > Neftçalanın icra başçısından kənd təsərrüfatı nazirinə şikayət ünvanlandı

Neftçalanın icra başçısından kənd təsərrüfatı nazirinə şikayət ünvanlandı


2-09-2014, 11:26
Neftçalanın icra başçısından kənd təsərrüfatı nazirinə şikayət ünvanlandı
DİA.AZ: - Neftçala rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevin yerli sahibkarlarla sözünün çəpləşməsi ilk dəfə deyil. Buna qədər də anoloji toqquşmalar olmuşdu. Hətta vəziyyət o həddə çatmışdı ki, sahibkarlar İsmayıl Vəliyevin «kassiri» kimi tanınan rayonun keçmiş baş memarının maşınına belə od vurdular. Doğrudur, yerli RİH-dən keçmiş baş memarın şəxsi avtomobilinin öz-özünə alışdığı iddia olundu. Amma məsələnin nə yerdə olduğu hər kəsə məlum idi. Hətta «yuxarılara» da.

Elə buna görə də İsmayıl Vəliyevə özünü yığışdırması barədə təlimat verildi. Baş memara gəlincə isə onun cəzası daha sərt oldu.

Amma görünəni odur ki, İsmayıl Vəliyev hələ də yerli sahibkarlarla dil tapmağa o qədər də həəsli deyil. Bu barədə DİA.AZ-a şikayət ünvanlayan bir qrup neftçalalı fermer iddia edir ki, İsmayıl Vəliyev özünə balıq vətəgələri qurduğundan bu gün Neftçalada əkin-biçin ümumiyyətlə, unudulmaqdadır.

Sahibkarlar diaaz.space-a yazır: «İsmayıl Vəliyev icra başçısı təyin olunduğu gündən özünün biznes maraqlarını hər şeydən üstün tutmağa başladı. Rayonun bütün yararlı sahələri ona və yaxınlarına aiddir. Yerli camaat kənd təsərrüfatını birdəfəlik unudub.

Dəfələrlə keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasova bu barədə şikayətlərimizi çatdırsaq da, bizi dinləyən olmadı. Fürsətdən istifadə edib, saytınız vasitəsilə indiki kənd təsərrüfatı naziri Heydər Əsədova müraciət edirik ki, bizə kömək etsin.

Cənab nazir. Əgər bu gün Neftçalanın icra başçısını durduran olmasa, bu rayonda kənd təsərrüfatı birdəfəlik olaraq məhv olacaq. Balığa olan həvəsi başçının gözlərini elə tutub ki, yerli camaatın nə ilə dolanacağı onu heç maraqlandırmır».

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt