Əsas Səhifə > Sosial / Manşet > Azərbaycan təhsilində TEXNİKİ NASAZLIQ...
Azərbaycan təhsilində TEXNİKİ NASAZLIQ...Dünən, 08:38 |
Yazının əvvəli BURADA: Texniki Universitetdə TƏBİİ OYUNBAZLIQ... - İTTİHAM VAR... Yazının davamı: Müəllimlərin müraciətində daha sonra deyilir: "Kafedra iclasında bildirir ki, dərs olmadığına görə bəzi müəllimlərlə vidalaşacağıq. Müəllimlərdən biri bunu necə edəcyini soruşduqda isə, kəkələyə-kəkələyə bidirir ki, Famil müəllim (Ali Attestasiya Komissiyasının sədri) mənə diplom verib. Bu qədər qanundan xəbərsiz, savadsız biri ancaq AzTU-nu uçuruma aparar, onun fundamentini dağıdar. Vaqif Həsənov 2019-cu ildə töhmət verilərək AzTU-dan qovulmuşdur. Kafedranın müəllimləri ilə dava salmış, biabırcasına döyülmüşdür. Görünür o vaxtın qisasını almağa gəlmişdir. Ancaq bu savadla, idarəçiliklə ancaq kafedranı dağıda bilər. Qeyd etdiyim kimi, etdiyi qanunsuzluqlardan, kobudluqlardan guya unversitet rəhbərliyinin xəbəri vardır kimi davranır, bu məsələlər ictimailəşərsə onların adının keçməsinə şərait yaratmağa çalışır. Onun növbəti qanunsuzluqlarından biri, kafedranın tədris-köməkçi heyətini “çayçı” kimi çalışdırmasıdır. Tədris-köməkçi heyətinin hansı vəzifə təlimatında yazılıb ki, kafedra müdirini çayla təmin etməlidir. Vəzifə təlimatlarında varsa və ya hörmət əlaməti olaraq bu işi edirlərsə nə üçün digər yaşlı elmi-pedoqoji kadrlarada eyni xidməti göstərmirlər? Bu məsələdə işıq üzü gördükdən sonra, ört-basdır etdirmək üçün adamlarına göstəriş verərək, kafedranı nəinki çayxanaya indidə “kafeyə” çevirir. Yeməklər, salatlar gətirilib kafedrada paylanılır. Göstərmək istəyir ki, tədris-köməkçi heyətinin “çayçı” kimi işlədilməsi normal imiş. Tədris müəssisəsi ictimai-iaşə obyektinə çevrilib. “Himayəsinə” aldığı müəllimlər tələbələrə kobud davranır, qiymətlərini düzgün vermirlər. Bu hərəkət qardaş Türkiyədən olan bir tələbəyə qarşıda etdikdə, türk tələbə etirazını bildirmişdi. Lakin Vaqif Həsənov onun iradına məhəl qoymamış, onu dinləməmişdi belə. Türk tələbə o qədər haqsızlığa uğramışdı ki, Vaqif Həsənova “Allah sənin bəlanı versin” demişdi. Lakin belə sözlər onun vecinə deyil, sanki bu kimi pis işlərdən zövq alır. Vaqif Həsənovun qeyd olunan qanunsuzluqları, özbaşınalıqları və vəzifə səlahiyyətlərini aşmasının qarşısının vaxtında alınmaması Azərbaycan Texniki Universitetinin və ümumilikdə təhsil sistemi üçün mənfi nəticələrə gətirib çıxara bilər. Ümid edirik ki, dövlətimizin universitet əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində gördüyü alqışlanacaq tədbirlərə Vaqif Həsənov kimi cinayətkar ünsürlərin kölgə salmasına imkan verilməyəcəkdir". Məsələ diqqətimizdədir... Geri qayıt |