Əsas Səhifə > Sosial / Manşet > "Vasif müəllimin gedişi Naxçıvanı diziüstə çökdürüb..."

"Vasif müəllimin gedişi Naxçıvanı diziüstə çökdürüb..."


Dünən, 10:31

Bir neçə gün əvvəl Naxçıvanda əkin yerlərinin susuzluqdan məhv olduğunu, əkin-biçin işlərinin rəsmən dayandığını xəbər verən şikayət dolu məlumatları diqqətinizə çatdırmışdıq. Bununla bağlı "DİA-AZ"a edilən son müraciətdən aydın olur ki, hazırda Naxçıvan Muxtar Respublikası ərazisində Kəngərli rayonu susuzluqdan ən çox əziyyət çəkən ünvan kimi tanınır. Bununla bağlı aidiyyatı qurumlar məlumatlandırılsa da, kimsə maraqlanmır...

"DİA-AZ"a edilən bir başqa müraciətin müəllifi isə belə yazır: "Naxçıvanda hər şey problemə dönüb, tək su deyil... hər şey bu vəziyyətə düşüb. Naxçıvan şəhərində ucdantutma birdən-birə hamının elektrik sayğacı 2-2 atmağa başlayıb...

Şəxsən mən 15 gün ərzində 85 manat pul ödəmişəm. Şikayət edəndə də deyirlər, xoşuna gəlmir get otur qaranlıqda...

Vasif müəllimin gedişi, bunların gəlişi Naxçıvanlıları diziüstə çökdürüb..."


Geri qayıt