Əsas Səhifə > Sosial / Manşet > Masazırda işbaz-maklerlər Arxitektura Komitəsini saymır
Masazırda işbaz-maklerlər Arxitektura Komitəsini saymırDünən, 09:48 |
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi son illər tikinti sahəsində baş verən xaosun aradan qaldırılması istiqamətində mühüm işlər həyata keçirməkdədir.
Qlobal.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikinti qaydalarını sadələşdirməsi vətəndaşlarda yüksək məmnunluq yaradır. Lakin yerli məmurların dəstəyi ilə Dövlət Komitəsinin nəzarətindən yayınan, qeyri-qanuni tikinti işləri aparan işbazlar hələ var.
Bu işbazlar əvvəlki illərdə olduğu kimi yenə də heç bir normativə uyğun olmayan, yöndəmsiz, aşağı keyfiyyətli evlər inşa etməkdədirlər.
Dövlət Komitəsindən yayınan, yerli məmurların "dəstəyi" ilə başıpozuq tikinti meydançasından bir də Abşeron rayonunun Masazır qəsəbəsində Murtuza Muxtarov küçəsində dir.
Bu barədə azfakt.com saytı məlumat yayıb.
Masazır qəsəbəsində 569 cu marşurutun sonuncu dayanacağında sənədi olmayan evlər açıq şəkildə inşa edilir.
Bir-birinə bitişik inşa edilən bu evlərin heç birinin tikinti üçün rəsmi icazəsi yoxdur.
Yerli məmurlarla anlaşan makler-işbazlar inşa etdikləri bu qanunsuz evləri qısa zamanda sataraq məsuliyyətdən yayınırlar.
Hətta pullarına güvənən bu işbazlar Tik Tok sosial platformasında "Kreditlə həyət evləri" səhifəsi hər gün canlı açaraq vətəndaşları sərfəli qiymətlərlə ev almalarına səsləyir.
Qlobal.az məsələ ilə bağlı aidiyyəti qurumlardan mövqe öyrənəcək.
![]() ![]() ![]() ![]() ![]() Geri qayıt |