Əsas Səhifə > Sosial, Manşet > Onlarla məmur üçün başağrısına səbəb olacaq dönəmə start verilir
Onlarla məmur üçün başağrısına səbəb olacaq dönəmə start verilir12-05-2014, 11:09 |
DİA.AZ: - «Hesablama Palatasının son hesabatında ciddi qanun pozuntularının ünvanı olan dövlət qurumlarına qarşı sərt tədbirlər görüləcək və adları yeyintidə hallanan icra hakimiyyətlərinin başçıları da müvafiq olaraq sorğu-suala çəkiləcək». Bunu DİA.AZ-a açıqlamasında Nazirlər Kabinetindəki mötəbər mənbə bildirib. Xəbəri verən qaynaq iddia edir ki, HP-nin əldə etdiyi faktların böyük əksəriyyəti ilə bağlı tədbirlər görülsə də, hətta aşkarlanan yeyinti və korrupsiya faktlarının bəziləri ilə bağlı hüquqi addımlar atılsa da, cəzasız qalanlar da var: Mənbə diaaz.space-a bildirir: «Məsələn, Zaqatala, Bərdə və daha bir neçə rayon icra hakimiyyətinə qarşı Palatanın hesabatında ciddi ittihamlar yer alıb. Amma buna rəğmən kimsədən bu barədə heç bir hesabat istənilməyib. Qarşıdakı mərhələdə məhz bu «boşluqların doldurulması», müvafiq hüquqi addımların atılması nəzərdə tutulur». Mənbə iddia edir ki, hətta həbslər belə mümkündür: «Artıq bəzi faktlar uycun şəkildə araşdırılır. Yaxın günlərdə nəticələr bəlli olacaq». Geri qayıt |