Əsas Səhifə > Sosial, Manşet > Aydın Əliyev ölkənin baş gömrükçüsü postunda özünü narahat hiss edəcək

Aydın Əliyev ölkənin baş gömrükçüsü postunda özünü narahat hiss edəcək


9-05-2014, 12:06
Aydın Əliyev ölkənin baş gömrükçüsü postunda özünü narahat hiss edəcək
DİA.AZ: - Hesablama Palatasının bu dəfə olduqca ilginc bir sahəni hədəfə ala bilər. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbə informasiya verib.

Xəbəri verən qaynaq iddia edir ki, sıradakı hədəflərdən biri dövlət gömrük komitəsidir. diaaz.space-a daxil olan məlumata görə, gömrük komitəsinin sədri Aydın Əliyevin bu günlərdə mətbuata verdiyi «qeyri-təvazökar» açıqlaması heç də «yuxarılar» tərəfindən bəyənilməyib və açıq şəkildə onun «vurulması» prosesinə başlanılıb.

Xatırladaq ki, bir neçə gün əvvəl KİV-lərə danışan Aydın Əliyev “Azərbaycanın gömrük xidməti nazirlik səviyyəsində olan müstəqil təşkilatdır” ifadəsini işlətməklə özünün artıq yeni müstəvidə dayandığını nümayiş etdirməyə çalışıb.

Aydın Əliyev ölkənin baş gömrükçüsü postunda özünü narahat hiss edəcək

Mənbənin diaaz.space-a söylədikləri: «Yəni belə anlaşılır ki, artıq kifayət qədər sərvət toplamış və özünü digər oliqarx-məmurların sırasında görən Aydın Əliyev də meydan oxumağa başlayıb. Halbuki bu gün gömrük sisteminin ciddi nəzarət altında olduğu heç şübhəsizdir. Anlaşılanı isə odur ki, Aydın Əliyev «dəmir pərdə»ni qaldıraraq özünü nazirlərlə bir sırada tutmağa çalışır».

Mənbəyə görə, məhz bu səbəbdən ölkənin baş gömrükçüsünə hələlik Hesablama Palatasının iştirakı ilə «problem yaradılacaq»: «Bunun ardından isə yeni təzyiqlərin də ediləcəyi istisna deyil. Bu proses həm də gömrükdə kadr islahatlarını da meydana gətirə bilər».

Geri qayıt