Əsas Səhifə > Sosial, Manşet > Qusardakı özbaşınalığa görə nazir sorğu-sual ediləcək?
Qusardakı özbaşınalığa görə nazir sorğu-sual ediləcək?20-05-2024, 09:47 |
"Qusar şəhərinin bələdiyyə sədrini həbs ediblər. Olsun, o da cinayətə şərik olub. Əslində meşə xilas edildikdən sonra kimlərin həbs ediləcəyi, hansı cəza alacağı bizi narahat etmir, amma maraqlıdır. İzləyək görək daha kimlər məsuliyyətə cəlb ediləcək". diaaz.space bildirir ki, bunu öz paylaşımında "Ecofront" səhifəsinin yönəticisi Cavid Qara qeyd edib. Daha sonra təşkilat fəalı yazır: "Bizə soruşsalar, 1 nömrəli sorumlu Muxtar Babayevdir. O razılıq verməsə, imza atmasa və 1 ildir dəfələrlə ictimailəşdirsək də bu vəziyyətə haqq qazandırmaq üçün sıçan-pişik oynamasa idi, bu vəziyyət yaranmazdı. Yenə də dövlət baba öz bildiyini edəcək. Yaşayarıq görərik..." Geri qayıt |