Əsas Səhifə > Sosial, Manşet > Rəislərin daha bir İŞDƏNQOVMA BƏHANƏSİ...
Rəislərin daha bir İŞDƏNQOVMA BƏHANƏSİ...6-05-2024, 09:57 |
Bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, SOCAR Təhlükəsizlik İdarəsinin bir qrup işçisi toplaşaraq idarə tərəfindən keçirilən imtahanlara etiraz edib. diaaz.space bildirir ki, bu barədə işçilər məlumat veriblər. Onlar bildiriblər ki, bir neçə gün əvvəl bir yerə yığılaraq problemlərindən danışıblar. Adının açıqlanmasını istəməyən işçilərdən biri deyib ki, məzuniyyətdə olanları da imtahana çağırılıblar. “Biz- kollektivin əsas hissəsi imtahana etiraz edirik, ləğvini istəyirik. İstirahət edən işçini imtahana, üzgüçülüyə çağırırlar. Vəziyyət o yerə çatıb ki, ailələrimizin problemləri ilə maraqlanmağa vaxtımız qalmır, daim gərginik”,- narazı işçi deyib. diaaz.space-ya ünvanlanan son müraciətdə isə işçilər "yuxarıların" daha bir İŞDƏNQOVMA BƏHANƏSİ barədə məlumat veriblər. İşçilər yazır: "Sizi Tibbi müayinə mözusunda məlumatlandırmaq istəyirik. Bu da növbəti bəhanədir ki, işçilərə qarşı istifadə olunur və maraqlarına "cavab verməyənlər" bu yolla - yəni TİBBİ MÜAYİNƏDƏN keçmədiklərinə görə, işdən qovulur. Amma daha deyən yoxdur ki, axı işdən qovduqlarınız bir işçi yox... həm də bir ailədir... O ailə ki həmin işə görə kredit götürüb, düzənini qurub, uşaq böyüdür... vətənə əsgər yetişdirir". Bu gün bütün neftçilərin, xüsusən də Təhlükəsizlik İdarəsində çalışanların qara kabusuna çevrilən TİBBİ MÜAYİNƏ sınağı əslində qanunauyğun aparılsa, kimsə etiraz etməz. Bunu da işçilər deyir və əlavə edirlər ki, maləsəf irili-xırdalı rəislər bu prosesdən öz maraqları üçün yararlanır. Geri qayıt |