Əsas Səhifə > Sosial, Manşet > “Azəriqaz” işçiləri üçün İBTİDAİ ŞƏRTLƏR...

“Azəriqaz” işçiləri üçün İBTİDAİ ŞƏRTLƏR...


15-04-2024, 09:45
“Azəriqaz” işçiləri üçün İBTİDAİ ŞƏRTLƏR...
"Azəriqaz İB TTİ-dən işçi hüquqlarının və iş prosesi zamanı bəzi qaydaların pozulmasından yazdıar. Bir neçə video və şəkil də göndərilib.Lakin SOCAR strukturuna daxil olan idarə və müəssisələrdə nepotizm varlığını, ərizə,müraciət,şikayət yazılarının necə “araşdırıldığını”, nəticədə işçini gözləyən “təşəkkürü” də, bildiyim üçün video materiallarından az istifadə etdim". diaaz.space bildirir ki, bunu öz açıqlamasında Nefçilərin Hüquqlarının Müdafiəsi Təşkilaının sədri Mirvari Qəhrəmanlı qeyd edib.
Dha sonra hüquq-müdafiiəçisi əlavə edib: "Bir neçə rayondan misal gətirirəm.Lakin işçinin bildirdiyinə görə qeyd olunan halları çox yerdə müşahidə etmək olar. Sadəcə nəzərinizə çatdırıram ki:
İşçilərin əl əməyindən istifadə olunur. Məsələn:
- Yardımlıda 76mm diametrli 24 metr uzunluğunda borunun uzaq məsafəyə əllə daşınması qanuna ziddir texnika verilməlidir , amma verməyiblər
- Yol üstü keçid arkaların əllə qaldırılması zamanı texnikadan yox,əl əməyindən istifadə olunub.
-Agdasda 108 diyametirli borunu Arkalari 4.50 m dayaqlarin hundurluyu 5 metir eninde əlnən qaldirirdiq
Ağır relyefli şəraitdə Yardımlı rayonu PEREÇBİL kəndində işlədik işçini belə istismar etmək olarmı, bizə hələ kənd camaatı köməklik edirdi

İşçilər vaxtaşırı əlcəklə təmin olunmadığından əlcəkləri öz vəsaiti hesabına alır. Işçilərin iş ərazisinə daşınması üçün nəqillayat vasitəsi normal bölünmür.
Boruların korroziyadan qorunması üçün aparılan proses(rəngləmə) texnologiyaya uyğun deyil.Bu da gələcəkdə boruların karroziyaya uğraması nəticəsində qaz sızmasına səbəb ola bilər. Korroziyadan müdafiə məqsədilə borulara çəkilən rəngdən öncə qurunt üçün nəzərdə tutulmuş rəng vurulmur .Qaz kəmərləri əvvəlcədən deyil quraşdırıldıqdan sonra rənglənir. Vurulan qaz xətlərində qurunt kraska olmadan parlaq boya paslı boru ( paslı boru əvvəlcədən qumlama vasitəsilə təmizlənməlidir) üzərindən vurulub
Qızıldaş ərazisində demantaj; iri diametrli borudan xətt çəkilib müəyyən yollarla sakinlərdən pul müqabilində lahiyə prinsiplərindən kənara çıxaraq arkaları hündürlükdə aparıblar
Elə yerlər var heç belə qazılmadan torpağın üzərindən vurulub
Bura çəkilən qaz xətlərinin beton örtüyü çox bərbad haldadır .Qaz xəttinə 50 sm.qalınlığında beton örtük əvəzinə 10 sm.beton örtük vurulub. Qaz xətlərinin dayaqlarına verilən beton da 10 sm.olub, ancaq , dayağın qazılması dərinliyinə uyğun olmalı idi,
Doqquz dayağa bir kisə sement vurulmalı halda iyirmi dayağa vurdururlar. 60sm gedən hündürlükdə olan dayaqlar yerə rəhbərliyin göstərişi ilə 40sm vurulub, hələ elə yerlər var ki 2sm deyiblər :qazın vurun bu məsələyə biz etiraz edəndə deyiblər biz demişik qəbul edəcəklər bu adamlar kimlərə bağlıdır bu xərclərin azaldılması lazımdı yoxsa işçinin sayı yox
İstər Bakıda istərsədə rayonlarda əlavə yeraltı keçidlərdə şamlar deyilən boru qurğuları var ki quraşdırılmayıb
Qaldı ki,əlavə xərclərə sahələrdən öz yaxın adamlarını seçib, ezamiyyətə "göndərirlər". Və işçi də evde otrur 1ay onun da yükünü biz çəkirik. ve yaxud sövdələşməyə gedib 2 ay,3 ay işçini saxlayırlar. Baxib sənədlərdə də görə bilərsiniz..."

“Azəriqaz” işçiləri üçün İBTİDAİ ŞƏRTLƏR...
“Azəriqaz” işçiləri üçün İBTİDAİ ŞƏRTLƏR...
“Azəriqaz” işçiləri üçün İBTİDAİ ŞƏRTLƏR...

VİDEO 1: baxmaq üçün bura tıklayın...

VİDEO 1: baxmaq üçün bura tıklayın...

Geri qayıt