Əsas Səhifə > Sosial, Manşet > Nizami və Yasamal rayonunu işğal edən Ramin Əhmədov kimdir?
Nizami və Yasamal rayonunu işğal edən Ramin Əhmədov kimdir?8-04-2024, 09:58 |
Son vaxtlar paytaxtın Yasamal rayonu yaşıllıqların məhv edilməsi və səkilərin satılması faktları ilə daha çox diqqət çəkməyə başlayıb. Əvvəllər bu sahədə Nizami rayonu diqqəti daha çox cəlb edirdi. diaaz.space xəbər verir ki bununla bağlı Aztoday.az saytı media üzərindən apardığı araşdırmalardan məlum oldu ki, həm Nizami, həm də Yasamal rayonunda eyni iş adamları fəaliyyət göstərməkdədir. Bunlardan biri də əvvəllər hakim Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatın sədr müavini olmuş Ramin Əhmədovdur. Nizami rayonun sabiq icra başçısı Arif Qasımovun “qara kassa”sı kimi tanınan Ramin Əhmədov qısa müddətdə oliqarxa çevirməyi bacarıb. Onun kimliyi ilə bağlı araşdırma apardıqda məlum olur ki, o, siyasətlə biznesin vəhdəti üzərində yüksəlməkə davam edir. Ramin Əhmədovun metronun “Neftçilər” stansiyası yaxınlığındakı “Ledi Şarm” və “X-lady”, “”X-man”” geyim mağazalarının, eyni zamanda “”Dostluq”” kafesinin sahibi olduğu deyilir. R.Əhmədov “PSS-Mühafizə” şirkətinə də rəhbərlik edir. Ötən parlament seçkilərində Yasamal 16 saylı ikinci seçki dairəsində xeyli pul xərcləməsinə rəğmən məğlub olan Ramin Əhmədov zamanında sabiq icra başçısı Arif Qasımovun “qara kassası” kimi fəaliyyət göstərib və “ağaclara qənim kəsilən iş adamı” kimi ad çıxarıb. Maraqlıdır ki, ötən seçkidə YAP namizədinə qarşı mübarizə aparan Ramin Əhmədov bu əməlinə görə cəzasız qalıb. Onun adı bir çox qalmaqallarda hallanıb. Məsələn, özünü oliqarx baron kimi aparan Ramin Əhmədov 2017-ci ilin noraybrında idarə etdiyi 90 RB 009 dövlət nömrə nişanlı “”Gelandewagen-Mercedes”” markalı avtomobillə “”VAZ-2107″” markalı avtomobilin sürücüsünün qarşısını kəsib və onu ölümlə hədələmışdi. Əsəbləşən iş adamı metronun “Neftçilər”” stansiyasının yaxınlığndakı “”Dakar”” meydanında öz avtomobili ilə “”VAZ-2107″”nin qarşısını kəsib. Avtomobildən düşən Ramin Əhmədov “”Sən bilirsən mən kiməm? Bu hərəkətinin üstündə adamı ağzından atarlar”” deyərək sürücünün üstünə hücum edib. O zaman bu olayın videogörüntüləri də yayılsa da nə YAP-da, nə də Nizami İcra hakimiyyətində onun yüksəlişinə əngəl yaratmayıb. Arif Qasımovun vaxtında paytaxtın Qara Qarayev prospektində yeni tikilən əksər obyektlərə Ramin Əhmədovun nəzarət edib və indi bu statusu itirib-itirmədiyi bilinmir. Məlumata görə, R.Əhmədov “Neftçilər” metrosundan “8-ci kilometr” bazarına gedən yolun hər iki istiqamətində böyük tikinti işləri görərək maqnata çevrilib. Biznesini Yasamal rayonunda da inkişaf etdirən Əhmədov buranın icra başçısı Elşad Həsənovla yaxın münasibətlərindən yetərincə bəhrələnir. Ramin Əhmədovun böyük siyasi iddialarının olması heç kəsə sirr deyildir. Özünü jurnalist, idmançı, biznesmen, ədəbiyyatçı, siyasətçi və s. hesab edən Ramin Əhmədov mərhum millət vəkili Fəttah Heydərovla da birgə çalışıb, amma özünü nüfuzlu bir generalın adamı kimi təqdim edir. Elə bu əlaqələr və imkanların nəticəsidir ki, oliqarx baron yaxın ətrafına ya yeni parlamentdə mandat alacağını, ya da yüksək vəzifəyə gedəcəyini bəyan edir. Geri qayıt |