Əsas Səhifə > Sosial, Manşet > "İşləri çətinə düşəndə “Verin bizi məhkəməyə” deyirlər..."

"İşləri çətinə düşəndə “Verin bizi məhkəməyə” deyirlər..."


18-03-2024, 09:23
"İşləri çətinə düşəndə “Verin bizi məhkəməyə” deyirlər..."
"2 ay öncə "Kapital Bank"a yaxınlaşaraq kredit kartimdakı aylıq xidmət haqqı olan 2 manatı dayandırmaq istədiyimi dedim. Məşğul olan "mütəxəssis" qız mənə bunu yalnız 5 AZN ödəyərək kartı dəyişdirib başqa kart götürərək mümkün olduğunu söylədi. Hətta bunu da dedi ki, yeni götürəcəyim kartda faiz daha yüksək olacaq. Men razılaşdım. Çünki məbləğ kiçik olduğu üçün gecikmə etməyəcəkdim və faizin nə qədər olacağı önəmli deyildi. Hər şey yaxşı, əla...." diaaz.space bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Ülfət Talıbova adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra yazır: "Kartı sifariş verdim, kart üçün ödənişi etdim. Lakin dəyişən heç nə olmadı. Artıq 3 aya keçib ki, kart yenə də aylıq 2 manat xidmət haqqını yazır, men de ödəyirəm.
Banka müraciət etdim, şikayətimi bildirdim.
Müraciətimi qeydə aldılar.
Bu gün mənə müşteri şikayətləri ilə bağlı bir xanım mütəxəssis zəng edərək müraciətə baxıldığını, lakin işdə heç bir sehvlik olmadığını, hər şeyin tam qaydasında olduğunu, müraciətimi tam mən istədiyim kimi hell olunduğunu söylədi və məni haqsız çıxardı. Mən bu məsələdə necə əmin olduğunu soruşanda mənə "səs yazılarını dinlədik" dedi. Men bunun gerçək olmadığını dedim, ses yazılarında xidmət haqqının ləğv olunmasini istədiyimi bildirdim. Xanım da mənə şikayetiniz varsa, məhkəməye müraciət edin dedi.
P.S.
Keçən il də 2.77 AZN ƏDV məbləğini karta yüklerken yoxa çıxması ilə əlaqədar banka müracət etmişdim. Onu da qeyde alıb, araşdırma etmişdilər. Nəticəsi isə yoxa bərabər idi.
Bu artıq 2- ci rəsmi şəkildə şikayətim idi ki, nəticəsiz qaldi.
İşləri çətinə düşəndə " Verin bizi məhkəməyə" deyirlər..."

Geri qayıt