Əsas Səhifə > Sosial, Manşet > Burda köhnə məhsulları yeni adı altında satırlar...
Burda köhnə məhsulları yeni adı altında satırlar...15-03-2024, 09:08 |
"22 Fevral tarixində Kontakt home Sahil filialından “yeni” adı ilə Apple Airpods 3 məhsulu almışam. Səhəri gün məhsulda qüsur aşkarlandıqda eyni zamanda 30 oktyabr tarixində aktivləşdiyini, yəni, mənə yeni adı ilə köhnə məhsul satdıqlarını öyrənib zəng vasitəsilə şikayətimi bildirərək nə etməli olduğumu soruşmuşam". diaaz.space bildirir ki, bu barədə "Şikayətim Var" sosial qrupundakı paylaşımında Gülnar Qədirova adlı istifadəçi giley edir. Narazı vətəndaş daha sonra bildirir: "2 gün sonra (25 fevral, mənə təqdim etdikləri aktda qeyd olunub) yaxınlaşaraq məhsulu təhvil verdikdə 14 gün ərzində servis rəyinə əsasən geri dönüş edəcəklərini bildiriblər. Üzərindən 17 gün keçməsinə və həm zəng həm də mağazaya yaxınlaşaraq müraciət etdiyimə baxmayaraq, “dəqiqləşdirərək sizinlə əlaqə saxlayacağıq” cümləsindən başqa heç bir cavab ala bilməmişəm. Uzun sözün qısası, şəbəkə köhnə məhsulların yeni adı ilə satışını edir, çağrı mərkəzindən mağaza əməkdaşlarına qədər müştərini düzgün məlumatlandıra bilmir və olduqca məsuliyyətsiz yanaşır". Geri qayıt |