Əsas Səhifə > Sosial, Manşet > Ruslan Əliyevin İLGİNC DƏLƏDUZLUĞU...
Ruslan Əliyevin İLGİNC DƏLƏDUZLUĞU...13-03-2024, 09:35 |
Bir neçə gün əvvəl məlum oldu ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sədri Ruslan Əliyev vəzifəsindən azad edilib. Onun yerinə sədrin müavini Azər Məmmədov təyin edilib. diaaz.space bildirir ki, Ruslan Əliyev getsə də, onunla bağlı ittihamlar səngiimir və belə görünür ki, yeni rəhbərlik özünü doğrultmaq və etimad qazanmaq üçün hələ çox işlər görməli olacaq... Təbii ki, belə bir niyyəti varsa... "SOCAR və müvafiq qurumlar tərəfindən araşdırılmasına ciddi ehtiyac duyulur". diaaz.space bildirir ki, bunu isə “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyərək Ruslan Əliyevdən qalma daha bir problemə diqqət çəkib. "Düşünürəm ki, fakt təsdiqini tapdığı halda, bunun məsuliyyəti daha ağırdır. Aldığım əlav məlumatda belə problemin başqa xidmət sahələrində mövcud olduğu qeyd olunur" deyə məsələyə xüsusi diqqətin vacibliyini vurğulayan M.Qəhrəmanlı issinadla bildirir: "“Azəriqazin” maxinasiyalarının biri də yüklənmiş sayğacların metroloqlar vasitəsiylə dəyişdirilməsidir. Məsələn Lənkəran RQİİ və Xaçmaz RQİİ-nin xidmət sahələrində itkinin çox olduğu yerlərdə sayğaclar kütləvi olaraq yüklənir kiməsə 1000 m3 və daha coxlu rəqəmlər yazilir və Satiş şöbələri tərəfindən çox yazilan qaz sayğacları xidmətin metroloqları tərəfindən məcburən əvəzlətdirirlər. Və sayğac labaratoriyaya artiq qaz sərfi yazilmiş halda gedir və hec kim onu araşdirmir. Abonentin xəbəri olmadan hissə-hissə o pulu ödəyir..." Geri qayıt |