Əsas Səhifə > Sosial, Manşet > "Məktəbə verməyə sağlamlıq arayışı almaq üçün əziyyət çəkirik..."

"Məktəbə verməyə sağlamlıq arayışı almaq üçün əziyyət çəkirik..."


9-03-2024, 10:38
"Məktəbə verməyə sağlamlıq arayışı almaq üçün əziyyət çəkirik..."
Vətəndaşlar Bakının Xətai rayonunda yerləşən 9 saylı şəhər poliklinikasında xidmətin keyfiyyətindən narazıdırlar. diaaz.space bildirir ki, bu barədə vətəndaşlar tərəfindən edilən şikayətdə qeyd olunur. Viktoriya Əliyeva adlı vətəndaş bildirib ki, Xətai rayonu 9 saylı şəhər polikilinikasında rentgen işləmir.
"Övladıma sağlamlıq arayışı almaq üçün polikilinikada rentgen müayinəsi edilməlidir. Amma polikilinikadan mənə bildirirlər ki, başqa polikilinikalara müraciət edin. Çünki, 9 saylı polikilinikada rentgen işləmir" - V.Əliyeva bildirib.
Onun sözlərinə görə, bununla bağlı poliklinikanın rəhbərliyinə müraciət etsə də, o bildirib ki, poliklinikaya bitişik ərazidə məcburi köçkünlər yaşadığından rentgenin fəaliyyəti dayandırılıb.
Vətəndaş iddia edir ki, poliklinikada ən böyük problemlərdən biri TƏBİB sisteminin işləməməsidir:
"Poliklinikadan ümumi sistem açılmır ki, qəbz çap olunsun, həkimin qəbuluna gedək. Məktəbə verməyə sağlamlıq arayışı almaq üçün əziyyət çəkirik. Bir arayış almağa bir saatdan çox vaxt itiririk".
O, valideynlərin sağlamlıq haqqında tibbi arayış almasına maneə yaradıldığını da söyləyib. Bildirib ki, övladının təhsil aldığı məktəbdə valideynlərin çoxu bu problemlə qarşılaşıb.
V.Əliyeva onu da deyib ki, icbari tibbi sığortadan yararlanmaq vətəndaşlar üçün müşkülə çevrilib. Çünki poliklinikalarda avadanlıqların çoxu işləmir, yaxud da ümumiyyətlə yoxdur.

Geri qayıt