Əsas Səhifə > Sosial, Manşet > Beyləqanda QOÇULUQ EDƏN KİMDİR?

Beyləqanda QOÇULUQ EDƏN KİMDİR?


26-02-2024, 09:52
Beyləqanda QOÇULUQ EDƏN KİMDİR?
Beyləqan rayon Eyvazalılar kənd bələdiyyəsinin sədri Abduləli Məmmədov ETSN-nin əməkdaşı, “Ağ Göl” Milli Parkında mühafizəçi işləyən Fuad Məmmədquliyevi Beyləqan rayonunda “Görüş” adlanan əraziyə çağıraraq döy(üb)dürüb.

Hadisə bir və daha çox şəxslər tərəfindən törədilib. Öncə bələdiyyə sədri özü “Ağ Göl” Milli Parkının mühafizəçi – yeger Fuad Məmmədquliyevi özü vurub, daha sonra başının qoçu dəstəsinə onu döymələrini əmr edib: “Öldürün, 100 min manat da olsa, verib sizi qutaracam” – deyən bələdiyyə sədrinin bu sözü ETSN-nin əməkdaşına qarşı davamlı şiddəti stimullaşdırıb.
Onun bu sözündən sonra bələdiyyə sədrinin “yarağlı qoçu dəstəsi” yegeri acımasızcasına döyərək ölümcül hala salıblar. Fuad Məmmədquliyev aldığı zərbələrdən kəllə-beyin travması və müxtəlif bədən xəsarətləri alıb.
Zərərçəkən şəxs tərəfindən RealMediaaz.space-a verilən məlumatlara görə, bələdiyyə sədrinin təşkilatçılığı ilə, həm də iştirakçısı olduğu hadisədə “yarağlı dəstə” tərəfindən döydürməsinə səbəb ayın 19 tarixində bələdiyyə sədrinin Nəriman adlı dayısı “Ağ Göl” Milli parkı ərazisinə qanunsuz olaraq 302 baş qoyunu keçirib otarması və buna görə də qanuna müvafiq protokol yazılması olub. Qeyd edək ki, hər bir qoyun 3.60 AZN hesablanaraq, həmin məbləğ 3-ə vurulularaq, 3261 (üç min iki yüz altmış bir) cərimə protokolu yazılaraq Ağcabədi rayon prokurorluğuna göndərilib.
Dayısına qaxmar çıxaraq qoyunların “razborkası”nı edən bələdiyyə sədri də “Ağ Göl” Milli Parkının mühafizəçisi Fuad Məmmədquliyevi Beyləqanda “Görüş”adlanan əraziyə çağıraraq dayısı barəsində yazılmış protokolun qisasını bu yolla alıb.
Zərərçəkən şəxsin verdiyi məlumata görə, faktla bağlı Beyləqan rayon prokurorluğunda araşdırmalara başlanılıb. F.Məmmədquliyevi döyən şəxslərdən birinin də adı Fuad olub və o, hadisə ilə bağlı prokurorluqda ifadə verərək, bir neçə gün əvvəl gölə qanunsuz balığ ovu edərkən yaxalandıqlarını və 4 ədəd qayıqlarının parkın işçiləri tərəfindən sındırıldığın dair izahat verib. Və Fuad Məmmədquliyevi də döymələrinə guya qayıqlarının sındırılmasını səbəb olaraq öz izahatında göstərib.
Zərərçəkən şəxs Fuad Məmmədquliyev isə bildirir ki, Fuadın prokurorluqda bu cür izahat verməsi, yəni hər şeyi öz üzərinə götürməsi əslində bələdiyyə sədrini məsuliyyətdən kənarda saxlamaq niyyətini güdür.
Məlumatlarda həmçinin qeyd olunur ki, bələdiyyə sədri Abduləli Məmmədovun davranışında çox vaxt narkotik vasitələrin istifadəçilərinə xas olan qeyri-adekvatlıq hiss olunur. Odur ki, təklif edirik! bu ərəfədə işi araşdıran prokurorluq onun qanından və sidiyindən narkotest götürməsi işin xeyrinə olardı.
RealMediaaz.space

Beyləqanda QOÇULUQ EDƏN KİMDİR?
Beyləqanda QOÇULUQ EDƏN KİMDİR?
Beyləqanda QOÇULUQ EDƏN KİMDİR?
Beyləqanda QOÇULUQ EDƏN KİMDİR?

Geri qayıt