Əsas Səhifə > Sosial, Manşet > "Mənim 4 körpəmə kim baxacaqdı..."

"Mənim 4 körpəmə kim baxacaqdı..."


7-09-2023, 09:18
"Mənim 4 körpəmə kim baxacaqdı..."
DİA.AZ: - Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış hüquq-müdafiəçisi Mirvari Qəhrəmanlı bu gün dənizdə çalışan neftçilər üçün həyati əhəmiyyətli olan bir problemə diqqət ayırıb. DİA.AZ qeyd edir ki, narazı neftçilərdən birinin gileyini paylaşan M.Qəhrəmanlı məsələ ilə bağlı əlaqədar qurum və şəxslərə xitab edərək çağırışda bulunub.

NHMT sədri "Yenə? Deyəsən artıq İnsan,işçi faktoru lap sona çəkilib ! May ayından bəri, hələ mənim bildiyim 6-cı hadisədir!" deyərək neftçilərdən birinin şikayətini diqqətlərə çatdırıb:

"Uzun illərdir ki, SOCAR NQTT -nin Günəşli bölümündə qaynaqçı vəzifəsində çalışıram. İndiyədək bizi işə aparıb gətirən vertalyotların belə bərbad vəziyyətdə olduğunu görməmişdim.

Bu gün növbə dəyişmək üçün Zabratdan "DDÖ-8"-ə gedirdik. Bizi müasir tipli balaca vertalyota mindirdilər. Qalxmağa hazırlaşan vertalyot qəfil xarab oldu.

Xoşbəxtlikdən nasazlıq havada baş vermədi. Bu halda mənim 4 körpəmə kim baxacaqdı. Uzaqbaşı 90 AZN yetim pulu veriləcəkdi..."

Məsələ ilə bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt