Əsas Səhifə > Sosial, Manşet > ETSN deyil... əməlli-başlı `KOLXOZ BAZARI`dır...
ETSN deyil... əməlli-başlı `KOLXOZ BAZARI`dır...25-07-2023, 09:39 |
DİA.AZ: - "Cəlilabadın Ağdaş kəndindən Oğrubulaq kəndinə gedən 4 km dən çox yolu "yenidən quran" şirkət qeyri-qanuni olaraq yolu 2 metrdə genişləndirib meşə fondu torpağına girib. Əlavə də yolun kənar hissəsində, meşədə müxtəlif yerlərdə qazıntılar aparıb". DİA.AZ bildirir ki, bu barədə `ecofront`dan bildirilib. Qurumun açıqlamasında daha sonra deyilir: "15 min kub dan artıq torpağın qanunsuz olaraq daşındığı və yüzlərlə qırmızı kitab növü olan ağacın götürülməsi zamanı təbiətə 2 milyon manatdan artıq zərər dəydiyi bildirilir. Yolun genişləndirilməsi 1 ay əvvəl başlayıb, ancaq güya 10 gün əvvəl Masallı RMTM-nin işçisi bundan xəbər tutub və yerli idarənin direktoruna bildirib - direktor nazirliyə belə deyir... 2 gün əvvəl isə kənd sakinləri məsələni sosial mediada paylaşandn sonra ETSN bundan xəbər tutub... Nazirlikdən tökülüşüb gəliblər idarəyə, araşdırırlar... Bir sözlə biabırçılıq. Nazirliyin necə bir bazar qurum olduğunun daha bir nümunəsi...." İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |