Əsas Səhifə > Sosial, Manşet > `Lənkəran Xanı`nın KRİMİNALLAŞMIŞ KOMANDASI...

`Lənkəran Xanı`nın KRİMİNALLAŞMIŞ KOMANDASI...


7-06-2023, 08:56
`Lənkəran Xanı`nın KRİMİNALLAŞMIŞ KOMANDASI...
DİA.AZ: - Dünən məlum oldu ki, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Taleh Qaraşovun keçmiş müavini Xalid Rəhimov həbs olunub...

Rəsmi açıqlamalardan aydın olur ki, rayonun Gərmətük qəsəbəsi ərazisində təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Parakənd kənd sakini Xalid Rəhimovun idarə etdiyi avtomobil yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb. Onun içkili olduğu şübhəsi yarandığı üçün müvafiq müayinədən keçirilməli olduğu qeyd olunub. Lakin sürücü polis əməkdaşlarına müqavimət göstərib. Bu səbəbdən polis şöbəsinə aparılıb. Onun barəsində məhkəmənin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib. DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev məsələ ilə bağlı mediaya bildirib ki, faktla bağlı cinayət işi başlanılıb və cinayət işinin istintaqının davam etdirilməsindən ötrü toplanmış material aidiyyəti üzrə Lənkəran Rayon Prokurorluğuna göndərilib. Qeyd edək ki, Xalid Rəhimov 2021-ci ilədək Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb. O, hazırda Lənkəranın İH başçısı olan Taleh Qaraşovun ən yaxınlarından biri kimi tanınırdı.

`Lənkəran Xanı`nın KRİMİNALLAŞMIŞ KOMANDASI...

Xatırladırıq ki, T.Qaraşov 11 ildir Lənkəran İH-nin başçısıdır. O, 1996-2002-ci illərdə Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı, 2002-2006-cı illərdə Cəlilabad rayon İcra hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Neftçala rayon İcra hakimiyyətinin başçısı, 2011-2012-ci illərdə Astara rayon İcra hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 aprel 2012-ci il tarixli sərəncamı ilə Lənkəran şəhər İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.

DİA.AZ olaraq indi isə gələk, məsələnin qayəsinə... Hər halda, İcra Hakimiyyətinin müavini olmuş bir şəxs qanunlara əməl etmirsə, o, rayon əhalisi ilə necə işləyə bilərdi??? Görünəni odur ki, hörmətli Qaraşov cənablarının çevrəsində cəmlənənlər bu xarakterdədir. Çünki bu da ilk hadisə deyil və buna qədər Qaraşovun rəhbərliyi altında çalışan onlarla şəxs hüquqi məsuliyyətə cəlb olunub.

`Lənkəran Xanı`nın KRİMİNALLAŞMIŞ KOMANDASI...

Onlardan biri elə zamanında Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini işləmiş Rasilə Əliyevadır. Onu da yəqin unutmamısınız. Lənkəranda məhz başçıya söykənərək açıq-aşkar QOÇULUQ edən bu xanım nəhayətdə gücünü bir məktəbli qızın üzərində nümayiş etdirdi ki, bu da ona BAHA BAŞA OTURDU...

Bəli, görünəni odur ki, Taleh Qaraşov özünə sırf kriminallaşmış bir komanda qurub. Beləsini isə yola vermirlər... yola salırlar...

Yoxsa, elə zənn edərlər ki, Taleh Qaraşov da eynən Vasif Talıbov kimi özünə xanlıq qurub və özünü LƏNKƏRAN XANI bilir...

***

Məsələ ilə bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazııq...

Geri qayıt