Əsas Səhifə > Sosial, Manşet > Şahdağ Milli qoruğunda saxta sənədlə QOÇULUQ EDƏNLƏR VAR...

Şahdağ Milli qoruğunda saxta sənədlə QOÇULUQ EDƏNLƏR VAR...


3-05-2023, 08:49
Şahdağ Milli qoruğunda saxta sənədlə QOÇULUQ EDƏNLƏR VAR...
DİA.AZ: - Göyçay rayon Şahsoltanlı kənd sakini Zülfiqarov Qüdrət Əlisan oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Hörmətli cənab Prezident. Mən Göyçay rayon Şahsoltanlı kənd sakini Zülfiqarov Qüdrət Əlisan oğlu.Özümə məxsus fermer təsərrüfatım var və heyvandarlıqla məşğul olaraq bir neçə ailəni işlə təmin edirəm.Mənə məxsus heyvanları hər il yay aylarında bizim ərazi quraqlıq olduğu üçün İsmayılll rayonu Şahdağ Milli qoruğuna yaxın ərazidə yerləşən rəsmi çıxarışla mənə məxsus olan yay otlaq sahələrinə aparıram.Həmin ərazidə qonşum isə saxta və kötüyü olmayan sənədlərlə yaylaq ərazisi əldə edən isə Göyçay rayonu Qarayazı kənd sakini Ağayev Ərziman Zeynal oğludur.Ərziman Ağayev hər il orada olan və adları qırmızı kitaba düşmüş müxtəlif növ ağacları kəsərək təbiətə külli miqdarda maddi zərər vurmaqla yanaşı təbiəti məhv edir.Hər il Ərziman Zeynal oğlu Ağayev vaxtilə torpaq şöbəsində işləyən həmkəndlisi Nofəl Fərzəliyevdən qanunsuz yollarla bazada qeydiyyatda olmayan saxta müqavilə əsasında həmin yay otlaq sahəsinə getmək üçün yol xəritəsi alır.Bu isə tamamilə qanunsuzdur. Mənim buna dair sübutlarım vardır.Hər il onun yaylaq ərazisində təbiətə vurduğu zərərə görə mən müxtəlif problemlər yaşayıram.

Cənab Prezident, onun Şahdağ Milli qoruğuna və təbiətə vurduğu zərərləri nəzərə alıb Ərziman Ağayevin müqaviləsinin ləğv edilməsi məqsədə müvafiqdir.Bu səlahiyətlər isə Ekologiya Nazirliyinin və rayon icra hakimiyyətinin səlahiyyətləri daxilindədir.Onun təbiəti necə məhv etdiyini sübut edən görüntüləri video sübut olaraq təqdim edirəm".

İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...



Geri qayıt