Əsas Səhifə > Sosial, Manşet > MİDA tenderi şübhəli `T.T.Ş-İnşaat`a ötürdü: MİLYONÇU TENDERYEYƏN...

MİDA tenderi şübhəli `T.T.Ş-İnşaat`a ötürdü: MİLYONÇU TENDERYEYƏN...


11-04-2023, 09:16
MİDA tenderi şübhəli `T.T.Ş-İnşaat`a ötürdü: MİLYONÇU TENDERYEYƏN...
DİA.AZ: - “MİDA” MMC "Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində 1,2,3,4 və 5 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi" tenderinə yekun vurub.

DİA.AZ xəbər verir ki, qalib “T.T.Ş-İnşaat” MMC (VÖEN: 1600121371) qalib müəyyən edilib. Şirkətlə müvafiq satınalma (podrat) müqaviləsi bağlanılıb.

Şirkət daha öncə də MİDA-nın 14 997 777 manat dəyərindəki "Füzuli şəhərində 8,90 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi" tenderinin qalibi olub (31.01.2023).

Əlaqələndirici şəxs - Əliyev Vüqar Təyyar oğlu

Əlaqələndirici şəxsin nömrəsi - (+99412) 594-54-01 daxili 239

Digər əlaqə vasitələri - [email protected]

***

Qeyd edək ki, son olaraq “T.T.Ş-İnşaat” MMC keçən ilin sentyabrında tender qazanıb və ümumi olaraq cəmi 6 tenderi qazan bu vaxta qədər. DİA.AZ bildirir ki, tender sayının az olmasına baxmayaraq, qazanılan tenderlər çoxmilyonluqdur. Bu isə “T.T.Ş-İnşaat” MMC-nin hansısa məmurun çətiri altında olmasını sübutlayan faktdır. Həm də MİDA-nı yaxşı tanıdığımızdan, rahatlıqla deyə bilərik ki, bu dəfə də ev tikən cənablarımız `GÜLLƏNİ BOŞUNA ATMAYIBLAR..."

DİA.AZ-ın apardığı araşdırmalardan aydın olur ki, “T.T.Ş-İnşaat” MMC keçən ilin sentyabrında iri tenderi qazanmışdı.

Həmin dönəmdə «Azərsu» ASC Tovuz, Ağstafa və Qazax rayonlarının bir sıra sərhədyanı kəndlərinin içməli su təminatının yaxşılaşdırılması işləri üzrə tenderin nəticələrini açıqlamışdı və bəlli olmuşdu ki, 23,7 milyon manatlıqişləri nəzərdə tutan tenderin qalibi “T.T.Ş. İNŞAAT” MMC-dir.

DİA.AZ xatırladır ki, “T.T.Ş. İNŞAAT” MMC (VÖEN 1600121371) buna qədərsə cəmi 5 dövlət tenderində iştirak etsə də, həmişə böyük məbləğli sifarişlər alıb. Buna qədər olan 4 tender Məcburi Köçkünlərin Sosial Inkişaf Fondunun tenderləri olub. İndiyədək şirkət bu tenderlər vasitəsilə 39,2 milyon manatlıq sifarişlər ələd edib.

Beləliklə, “T.T.Ş. İNŞAAT” MMC-nin qazandığı tenderlər

13.05.2019 - Məcburi Köçkünlərin Sosial Inkişaf Fondu – Kürdəmir rayonu ərazisində 563 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 4 mərtəbəli yaşayış binalarının, sosial və texniki infrastruktur obyektlərinin tikintisi işləri – 2 088 160 AZN

31.10.2019 - Məcburi Köçkünlərin Sosial Inkişaf Fondu – Ağcabədi rayonunun "Taxta Körpü" ərazisində müvəqqəti məskunlaşmış 1500 (I mərhələ - 645) məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan 245 ailəlik Qarakeçdi qəsəbəsində 49 ədəd fərdi yaşayış evlərinin tikintisi – 3 751 990 AZN

12.12.2019 - Bakı şəhəri, Qaradağ rayonunda müvəqqəti məskunlaşmış 180 məcburi köçkün ailəsi üçün "Ümid" qəsəbəsi ərazisində zəruri texniki infrastrukturu olan 5 mərtəbəli 60 mənzilli 1 №-li yeni yaşayış binasının tikintisi – 3 346 918 AZN

26.12.2019 - Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 45 mənzilli 6 №-li və 54 mənzilli 20 №-li binaların tikintisi – 6 247 054 AZN

21.09.2022 - "AZƏRSU" Açiq Səhmdar Cəmiyyəti – “Tovuz, Ağstafa və Qazax rayonlarının bir sıra sərhədyanı kəndlərinin içməli su təminatının yaxşılaşdırılması” işlərinin satın alınması – 23 740 790 AZN

Xatırladaq ki, “T.T.Ş. İNŞAAT” MMC 05.11.2003-də təsis edilib, hüquqi ünvanı Bakı Şəhəri Nizami Rayonu, Babək Pr., ev 53-də yerləşir. Nizamnamə kapitalı 27 411 150 manatdır. Hüquqi təmsilçisi Xalıqverdi Məmmədov Malça oğludur.

Hər halda, DİA.AZ-ın aşkara çıxardığı bu faktlara gərəkən qurumların gərəkən reaksiya verməsi də bir zərurətdir...

Məsələ ilə bağlı diaaz.space olaraq bütün aidiyyatı qurum və şəxslərin mövqelərini işıqlandırmağa hazırıq...

Geri qayıt